Icma.az
close
up
RU
Avropada başlayan qar fəlakəti haqda xəbərdarlıq: Bakıya yaxınlaşır?

Avropada başlayan qar fəlakəti haqda xəbərdarlıq: Bakıya yaxınlaşır?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər Avropanın bir sıra ölkələrində müşahidə olunan güclü qar fırtınaları hava şəraitinin kəskin dəyişdiyini göstərir. Oxşar proqnozlar regionumuz üçün də səsləndirilir. Rusiyada və Türkiyədə yaxın günlərdə dəhşətli soyuqların olacağı bildirilir. Hətta bir həftə sonra İstanbul da daxil olmaqla, bir çox bölgədə qar ehtimalının yüksək olduğu vurğulanır. Bu fonda Bakıda qarlı hava ilə bağlı hazırlıq xəbərləri diqqət çəkir. Lakin bəzi mütəxəssislər paytaxtda bu il qarın olmayacağını iddia edir və bunu son aylarda müşahidə edilən mülayim hava ilə əlaqələndirirlər.

Azərbaycanda da qar fırtınası gözlənilirmi?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Azərbaycanın iqlimi çoxzonalıdır və burada 9 müxtəlif iqlim tipi mövcuddur:

Bakı da daxil olmaqla, Xəzərsahili və düzənlik ərazilər mülayim-yarımsəhra və subtropik iqlimə malikdir. Bu zonalarda qış adətən yumşaq keçir və güclü, uzunmüddətli qar örtüyü iqlim normasında xarakterik deyil. Lakin dağlıq və dağətəyi ərazilərdə qar ehtimalı həmişə yüksək olaraq qalır. Paralel olaraq, qlobal iqlim dəyişiklikləri dünyanın bir çox yerlərində hava proseslərinin sabitliyini pozub. Havanın kəskin istiləşməsi və ya birdən-birə soyuqlaşması kimi ekstremal hadisələr indi daha sıx və daha gözlənilməz şəkildə baş verir. İqlim dəyişikliyi təkcə temperaturun artması deyil, həm də hava dövranının pozulması, atmosfer axınlarının istiqamətinin dəyişməsi və mövsümlərin qeyri-adi davranması deməkdir. Ona görə də əvvəllər nadir olan bəzi hava hadisələri indi müxtəlif regionlarda qəfil baş verə bilər”.

Cəmşid Bəxtiyar

Ekoloq bildirib ki, Azərbaycanda yaxın günlərdə temperatur mülayim qalacaq:

“Hazırda qar üçün tələb olunan soyuq hava kütlələri müşahidə olunmur. Yəni qısa müddətdə Bakıda və digər düzənlik ərazilərdə güclü qar ehtimalı aşağıdır. Lakin bu, ümumi mənzərəni dəyişmir. İqlim sistemində baş verən sürətli dəyişikliklər hava proqnozlaşdırılmasını da çətinləşdirir. Bəzi hallarda kəskin hava hadisələri gözlənilmədən baş verə bilər. Digər tərəfdən, qlobal iqlim dəyişiklikləri proqnozlaşdırmanı çətinləşdirir. Konkret olmaq üçün mütləq rəsmi meteoroloji mənbələrin verdiyi məlumatlara əsaslanmaq lazımdır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri