Icma.az
close
up
RU
Avropada benzinin əlçatanlığı üzrə lider ölkələr açıqlanıb

Avropada benzinin əlçatanlığı üzrə lider ölkələr açıqlanıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Benzinin əlçatanlığı ilə bağlı aparılan araşdırmaya əsasən, Lüksemburq Avropada bu göstərici üzrə birinci yeri tutur. Burada orta aylıq əməkhaqqına 2,8 min litrdən çox 95 markalı benzin almaq mümkündür. İkinci yeri Böyük Britaniya (2,5 min litr), ilk beşliyi isə Norveç, Avstriya və İrlandiya (2,2 min litrdən çox) tamamlayır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rumıniya isə benzinin əlçatanlığı baxımından Avropa ölkələri arasında ən aşağı sıralarda yer alır. Burada orta aylıq maaşla cəmi 800 litrdən az benzin almaq mümkündür.

Rumıniyanın ardınca Latviya, Slovakiya, Macarıstan və Xorvatiya gəlir. Siyahının sonuncu pilləsində isə Moldova qərarlaşıb. Bu ölkədə orta aylıq maaşla cəmi 546 litr benzin əldə etmək olar ki, bu da Lüksemburqdakı göstəricidən beş dəfə azdır.

Bu ilin birinci yarısında Avropada benzin qiymətləri əsasən ucuzlaşıb. İlin əvvəlində və iyunun böyük bir hissəsində Yaxın Şərqdə gərginlik səbəbindən neft qiymətləri artsa da, ayın sonunda qiymətlər yenidən azalıb. Hazırda əksər Avropa ölkələrində yanvar ayı ilə müqayisədə benzin daha ucuzdur.

Ən bahalı benzin Avropa ölkələri arasında Danimarkada satılır. Burada 1 litr 95 markalı benzin təqribən 3,79 manat ekvivalentindədir. Daha sonra Niderland, Yunanıstan, İtaliya və Fransa gəlir. Bu ölkələrdə benzinin 1 litrinin qiyməti 3,39 manatdan yuxarıdır. Bolqarıstan və Moldova isə ən ucuz benzin satılan ölkələr sırasındadır.

Dizel yanacağının qiymətləri də Avropada azalıb. Ən yüksək qiymətlər Danimarka (3,38 manat ekvivalentində), Niderland, Belçika, İrlandiya, İtaliya, Fransa və Böyük Britaniyada qeydə alınıb (3,17 manat yuxarı).

2025-ci ilin birinci yarısında benzinin qiyməti ən çox Norveçdə (8,7 faiz), İsveçdə (8 faiz) və Macarıstanda (5,4 faiz) azalıb. Bəzi Şərqi Avropa ölkələrində, o cümlədən Rumıniyada, qiymətlərin sabit qalması əməkhaqlarının aşağı olması fonunda benzinin əlçatanlığını azaldır.

Mütəxəssislər hesab edirlər ki, 2025-ci ilin sonuna qədər Avropada benzin qiymətləri 2024-cü illə müqayisədə orta hesabla daha aşağı olacaq. Bu isə, xüsusilə də maaş artımı zəif olan ölkələrdə – Rumıniya və Moldova kimi – benzinin əlçatanlığı baxımından mənfi fərqin yaranmasına səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri