Avropada bir sıra atom elektrik stansiyaları fəaliyyətini dayandırdı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropada atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən istehsal gücünü azaltmağa məcbur olub.
Oxu.Az bu barədə "Financial Times" nəşrinə istinadla xəbər verir.
Məlumata görə, 2025-ci ilin iyun ayı müşahidələrin aparıldığı müddət ərzində Qərbi Avropada qeydə alınan ən isti ay olub.
Avropa ölkələrinin elektrik şəbəkəsi kondisionerlərdən istifadənin kəskin artması səbəbindən aşırı yüklənməyə məruz qalıb.
Eyni zamanda, isti havada reaktorları soyutmaq daha çətin olduğuna görə bir sıra AES istehsal gücünü azaltmağa və ya müvəqqəti bağlanmağa məcbur olub.
O cümlədən, Fransa və İsveçrədə yerləşən AES-lər müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Bu atom elektrik stansiyaları fəaliyyətini dayandırdı KONKRET
04 Avqust 2025 14:58
PuertoRikoda qəza səbəbindən bütün elektrik stansiyaları fəaliyyətini dayandırdı
31 Dekabr 2024 22:06
Avropada elektrik enerjisi bahalaşdı
08 Yanvar 2025 13:27
Avropada elektrik avtobusları artır: Qanunlar təsir etdi
11 Mart 2025 14:07
Avropada elektrik avtomobil bazarı 24 faiz artıb...
25 İyul 2025 22:04

