Icma.az
close
up
RU
Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq 70 yaş

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq 70 yaş

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Danimarka ölkə parlamentinin 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıran qanunu qəbul etməsindən sonra Avropada ən yüksək pensiya yaşına malik ölkə olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BBC News” telekanalı məlumat yayıb.
Belə ki, 2006-cı ildən Danimarka rəsmi pensiya yaşını gözlənilən ömür uzunluğu ilə əlaqələndirir və hər beş ildən bir ona yenidən baxır. 
Hazırda Danimarkada pensiya yaşı 67-dir. Lakin 2030-cu ildə bu rəqəm 68, 2035-ci ildə isə 69 olacaq. 70 pensiya yaşı isə 1970-ci il dekabrın 31-dən sonra doğulan bütün şəxslərə şamil ediləcək. Yeni qanun cümə axşamı lehinə 81, əleyhinə isə 21 səslə qəbul edilib.
Bununla belə, keçən il Danimarkanın Baş naziri Mette Frederiksen sürüşmə şkalası prinsipinə yenidən baxılacağını istisna etməyib.
Ümumilikdə isə Avropada pensiya yaşları fərqlidir. Belə ki, son illər bir çox hökumətlər gözlənilən ömür müddətini nəzərə almaq və büdcə kəsirlərini aradan qaldırmaq üçün pensiya yaşını artırır.
Məsələn, İsveçdə insanlar pensiya ödənişlərini 63 yaşından almağa başlaya bilərlər. İtaliyada standart pensiya yaşı 67-dir, baxmayaraq ki, Danimarkada olduğu kimi burada da pensiya yaşı ömür uzunluğuna görə tənzimlənə və ya 2026-cı ildən başlayaraq, arta bilər.
Böyük Britaniyada 6 oktyabr 1954-cü il və 5 aprel 1960-cı il tarixləri arasında anadan olanlar pensiyalarını 66 yaşında almağa başlayırlar. Lakin həmin tarixdən sonra doğulanlar üçün dövlət pensiya yaşını tədricən artıracaq.
Fransada isə 2023-cü ildə pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edilib. Son dərəcə qeyri-populyar dəyişiklik etirazlara və iğtişaşlara səbəb olub və Franda Prezidenti Emmanuel Makron bu qanunu səsvermə olmadan parlamentdən keçirməyə məcbur olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri