Avropada ev təsərrüfatlarının enerji xərcləri təqribən 50 faiz arta bilər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Brüssel, 8 aprel, AZƏRTAC
İranla müharibə fonunda Avropanın ev təsərrüfatları enerji xərclərinin kəskin artımı ilə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Euractiv” portalının Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) araşdırmasına əsaslanan məqaləsində deyilir.
Məqaləyə görə, ev təsərrüfatlarının orta enerji xərcləri 2026-cı ildə təxminən 50 faiz arta bilər. Bu, ailələrin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıracaq və Avropada yaşayış xərcləri böhranını daha da ağırlaşdıracaq.
Qeyd olunur ki, əsas amil münaqişə və enerji təchizatındakı fasilələr səbəbindən qlobal neft və qaz qiymətlərinin kəskin artmasıdır. Xüsusilə, qlobal təchizatın əhəmiyyətli bir hissəsinin keçdiyi Hörmüz boğazı ətrafındakı vəziyyət bazarda qeyri-sabitliyi gücləndirir.
Məqalədə vurğulanır ki, ən böyük təsir enerji xərclərinin büdcələrinin əhəmiyyətli bir hissəsini təşkil edən əhalinin həssas qrupları tərəfindən hiss olunacaq. Həmkarlar ittifaqları enerji yoxsulluğunun artması riski barədə xəbərdarlıq edir, həmçinin Aİ hakimiyyət orqanlarını qiymət nəzarəti və ev təsərrüfatlarına əlavə yardım da daxil olmaqla dəstək tədbirləri həyata keçirməyə çağırır. Eyni zamanda, “Euractiv” portalının icmalına görə, enerji böhranı Aİ iqtisadiyyatı üçün uzunmüddətli nəticələrə səbəb ola, inflyasiya təzyiqini artıra və vətəndaşların alıcılıq qabiliyyətini azalda bilər.
Portalın məqaləsində qeyd edilir ki, hökumətlər təcili tədbirlər görməzsə, enerji qiymətlərinin artmasının yaxın gələcəkdə Avropanın üzləşdiyi əsas sosial-iqtisadi çətinliklərdən birinə çevrilə biləcəyi istisna olunmur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 08 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















