Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Avropada gender maaş uçurumu: Qadınlar hələ də kişilərdən az qazanır

Avropada gender maaş uçurumu: Qadınlar hələ də kişilərdən az qazanır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqında qadınlar hələ də kişilərdən 12% az qazanır. Teleqraf xəbər verir ki, bu barədə “Euronews Business”in Beynəlxalq Qadınlar Günü münasibətilə Avropada cinsiyyət üzrə əməkhaqqı fərqi ilə bağlı təhlilində qeyd edilib.

Məlumata görə, bir sıra göstəricilər qadınlarla kişilər arasında davam edən iqtisadi bərabərsizlikləri göstərir.

Dünya İqtisadi Forumunun 2023-cü il Qlobal Gender Bərabərliyi Hesabatına əsasən, Avropa bütün bölgələr arasında ən yüksək gender bərabərliyinə malik olsa da, bu çətinliklərdən kənarda qalmayıb.

“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ-də qadınlar kişilərlə müqayisədə 12% az qazanıb. Bu isə o deməkdir ki, qadınlar kişilərin qazandığı hər 100 avroya qarşı cəmi 88 avro əldə ediblər.

2013-cü ildə Aİ-də gender üzrə əməkhaqqı fərqi 16% təşkil edib, bu da 2023-cü illə müqayisədə dörd faiz bəndi daha yüksəkdir.

2023-cü ildə Latviyada qadınlar kişilərin qazandığı hər 100 avroya qarşı cəmi 81 avro gəlir əldə ediblər. Bu göstəriciyə görə Avstriya (82 avro) və Çexiya (82 avro) növbəti yerləri tutub.

Bu fərqləri aylıq maaşlar baxımından nəzərdən keçirildikdə daha da əhəmiyyətli olur. Məsələn, Avstriyada orta aylıq maaşın 2000 avro olduğunu fərz etsək, qadınlar hər ay kişilərdən 360 avro az qazanır.

Lüksemburq qadınların (101 avro) kişilərdən (100 avro) daha çox qazandığı yeganə ölkədir.

Belçika, İtaliya və Rumıniyada əməkhaqqı fərqi 5 avrodan az olub ki, bu da onları Lüksemburqdan sonra qadınlar üçün ən yaxşı ölkələr olduğunu göstərir.

Avropanın beş aparıcı iqtisadiyyatı arasında gender üzrə əməkhaqqı fərqi, İtaliya istisna olmaqla, əhəmiyyətli olaraq qalır. 31 ölkə arasında Almaniya beşinci yeri tutub və burada qadınlar kişilərin qazandığı hər 100 avroya qarşı cəmi 82 avro gəlirə malikdirlər. Birləşmiş Krallıqda bu rəqəm 86 avro, Fransada isə 88 avro təşkil edir.

İspaniyada qadınlar hər 100 avroya qarşı 91 avro qazanır ki, bu da Aİ-nin orta göstəricisindən bir qədər aşağıdır. İtaliya isə gender əməkhaqqı fərqinin ən az olduğu üçüncü ölkədir. Burada qadınlar kişilərin qazandığı hər 100 avroya qarşı 98 avro əldə ediblər.


Bəs qadınlar niyə kişilərdən az qazanır?

Avropa Komissiyası gender üzrə əməkhaqqı fərqinin dörd əsas səbəbini göstərir.

Aşağı maaşlı sektorlarda qadınların üstünlük təşkil etməsi: Komissiya qeyd edir ki, gender əməkhaqqı fərqinin təxminən 24%-i sektor üzrə bölgü ilə bağlıdır. Yəni, qadınlar daha çox dayə, səhiyyə və təhsil kimi aşağı ödənişli sahələrdə işləyirlər. Qadınların üstünlük təşkil etdiyi peşələr çox vaxt sistematik şəkildə dəyərindən aşağı qiymətləndirilir.

Ödənişli və ödənişsiz işin qeyri-bərabər bölgüsü: Qadınlar həftə ərzində saat baxımından kişilərdən daha çox işləyirlər.

Şüşə tavan effekti: Vəzifə iyerarxiyası əməkhaqqına əhəmiyyətli dərəcədə təsir edir və qadınlar yüksək rəhbər vəzifələrdə az təmsil olunurlar.

Başqa bir nümunə media sektorundandır. Oksford Universitetində “Reuters İnstitutu”nun apardığı araşdırmaya görə, 2025-ci ildə 240 media brendi üzrə 171 baş redaktorun cəmi 27%-i qadın olub. Bu, araşdırılan 12 bazarda jurnalistlərin orta hesabla 40%-i qadınlardır.

Əməkhaqqı diskriminasiyası: Bəzi hallarda qadınlar eyni işi və ya bərabər dəyərdə işi yerinə yetirdiklərinə baxmayaraq, hələ də kişilərdən az maaş alırlar.

Komissiya həmçinin müəyyən edib ki, Aİ-də gender əməkhaqqı fərqinin böyük bir hissəsi izaholunmaz olaraq qalır. Bu fərq təhsil, peşə, iş saatları və ya şəxsin çalışdığı iqtisadi sektor kimi amillərlə izah edilə bilmir.


Məşğulluq səviyyəsi bütün 32 ölkədə kişilər üçün daha yüksəkdir

32 Avropa ölkəsində (Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası və Aİ-yə namizəd ölkələr) 2024-cü ilin üçüncü rübündə kişilərin məşğulluq səviyyəsi qadınlardan yüksək olub.

Aİ-də orta göstərici kişilər üçün 80.9%, qadınlar üçün isə 70.9% təşkil edib ki, bu da 10 faiz bəndi fərq deməkdir.

Türkiyə 38 faiz bəndi fərqlə qadınların əleyhinə olan ən böyük məşğulluq uçurumu ilə seçilir.

Eyni zamanda, İtaliya, Yunanıstan və Rumıniyada da fərq 18 faiz bəndini keçib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri