Avropada həyəcan təbili çalınır: ölənlər və xəstəxanaya yerləşdirilənlər var
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyada istilər səbəbindən Milan və Roma da daxil olmaqla 17 böyük şəhərdə ən sərt qırmızı siqnallar verilib, bir sıra bölgələrdə günortadan sonra açıq havada işləmək qadağan edilib.
Reyting.az “Sky News”-ə istinadla bildirir ki, açıq havada işləmək qadağasına baxmayaraq Boloniya şəhərində bir fəhlə ölüb.
Bundan başqa, Sardiniya çimərliklərində 60 yaşdan yuxarı iki kişi, Siciliyanın paytaxtı Palermoda isə 53 yaşlı qadın gəzinti zamanı həyatını itirib. Yerli media onun ürəyində problem olduğunu yazıb.
Qeyd olunur ki, “səssiz qatil” adlandırılan isti dalğaları Avropada ildə minlərlə insanın həyatına son qoyur. Araşdırmaya görə, 2022-ci ilin yayında istilər səbəbindən Avropada 61 min insan həyatını itirib.
İtaliya Təcili Tibbi Yardım Cəmiyyətinin (SIMEU) rəhbəri bildirib ki, isti hava səbəbindən xəstəxanaya müraciət edənlərin sayında kəskin artım var.
İspaniyada temperatur daha da yüksələrək 46°C-ə çatıb. Səlahiyyətlilər bir neçə şəhərdə istidən ölənlərin olduğunu bildirirlər. Daha 300 nəfər xəstəxanaya yerləşdirilib.
Fransada yüzlərlə məktəb kimi Eyfel qülləsi də istilər səbəbindən bağlı qalır.
Bu arada Almaniyada yanğınsöndürənlər 40°C temperaturda Brandenburq və Saksoniya əyalətlərində meşə yanğınları ilə mübarizə aparırlar.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:ABŞdə həyəcan təbili çalınır KONKRET
22 Noyabr 2024 11:32
Ölkədəki hansı universitet üçün həyəcan təbili çalınır?
20 May 2025 11:53
Fransada müttəfiqlə MÜHARİBƏ TƏHLÜKƏSİ Həyəcan təbili çalınır
29 Yanvar 2025 09:12
Dünya okeanının sürətlə qaralması ilə bağlı həyəcan təbili çalınır..?
09 İyun 2025 00:46
Xocasən yolunda həyəcan təbili çalınır: Sürücülər qəzaya düşürlər VİDEO
05 Sentyabr 2025 13:01
Baxış sayı:114
Bu xəbər 04 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















