Icma.az
close
up
RU
Avropada iki ölkənin birləşməsinə hazırlıq Yeni dövlət yaradılır?

Avropada iki ölkənin birləşməsinə hazırlıq Yeni dövlət yaradılır?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropada iki ölkənin – Moldova və Rumıniyanın birləşməsi məsələsi yenidən gündəmə gəlib. “iData”nın keçirdiyi sorğuya əsasən, moldovalıların əksəriyyəti Rumıniya ilə birləşməyə qarşıdır. Buna baxmayaraq, iki ölkənin birləşməsinin zaman-zaman gündəmə gəlməsi diqqət çəkir.

Bu iki ölkənin birləşməsi perspektivi varmı?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, müstəqillik dövründə Moldovada Rumıniya ilə birləşmə ideyası müəyyən populyarlıq qazanmağa başlayıb:

“Sorğular göstərir ki, Moldova əhalisinin üçdə biri birləşmənin tərəfdarıdır. Amma təbii ki, bu rəqəm birləşmə ideyasının üstünlük qazanması üçün yetərli deyil. Hələlik əhalinin yarısından azı bu ideyanın tərəfdarıdır. Bununla belə, yeni nəslin sayı artdıqca Rumıniya ilə birləşməni dəstəkləyənlərin sayı tədricən artır.

Tarixə nəzər salsaq, görərik ki, XIV əsrdən XIX əsrə qədər Moldova knyazlığı mövcud olub və Osmanlı imperiyasına bağlı vassal dövlət kimi fəaliyyət göstərib. Lakin Rusiya–Osmanlı müharibələrinin intensivləşməsi və bu müharibələrin əksəriyyətində Rusiyanın qələbə qazanması nəticəsində Moldova knyazlığının bir hissəsi Rusiya imperiyasının əlinə keçib və orada Bessarabiya quberniyası yaradılıb. Digər hissədə isə Rumıniya dövləti formalaşıb. Daha sonra Rusiya imperiyası dağıldıqdan sonra Bessarabiya Rumıniyanın tərkibinə keçdi. Lakin 1940-cı ildə imzalanan Molotov-Ribbentrop paktına əsasən, Bessarabiya ərazisi yenidən SSRİ-nin tərkibinə daxil edildi və Moldova SSR yaradıldı”.

Şahin Cəfərli

Politoloq qeyd edib ki, moldovanlar və rumınlar əslində eyni xalqdır:

“Əhalinin dili də eynidir. Üstəlik, Moldovada rəsmi dövlət dili rumın dilidir. Bu səbəbdən ölkədə birləşmə tərəfdarlarının sayı zamanla artır. Hazırda Moldova Avropa İttifaqına inteqrasiya mərhələsindədir. Yaxın aylarda üzvlük danışıqlarına başlanması gözlənilir. Aİ-yə üzvlükdən sonra Moldova ilə Rumıniya arasında birləşmə istəyənlərin sayı arta bilər və uzunmüddətli perspektivdə bu birləşmə mümkün ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Avqust 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see207

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri