Avropada işlər qaydasında getmir: Son 10 oyun və heç bir qələbə yoxdur
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə təmsilçiləri bu mövsüm Avropa arenasında istədikləri nəticələri əldə edə bilmirlər. Qalatasaray və Fənərbağça daxil olmaqla Türk komandaları Avropada son 10 oyunda qələbə qazana bilməyib.
News24.az xəbər verir ki, son olaraq Fənərbağça Avropa Liqasında ilk oyununda Xorvatiya təmsilçisi Dinamo Zaqrebə 3-1 hesabı ilə məğlub olub. Daha öncə Qalatasaray da turnirdə məğlubiyyətlə start götürmüşdü.
Bu nəticələrlə birlikdə Türkiyə təmsilçilərinin Avropada son dönəmdəki zəif performansı narahatlıq doğurur. Ardıcıl qazanıla bilməyən matçlar həm azarkeşləri məyus edib, həm də komandaların gələcək mərhələlərə çıxma şansını azaldıb.
Türk futbolunun Avropadakı bu zəif görüntüsünün yenidən yüksəlməsi üçün ciddi dəyişikliyə və toparlanmaya ehtiyac var.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Sentyabr 2025 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















