Avropada iyun ayında qazın orta qiyməti 15% artıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin iyun ayında Avropada qazın orta qiyməti min kubmetr üçün təxminən 439 ABŞ dolları təşkil edib, bu da ötən ilin iyun ayı ilə müqayisədə 15% çoxdur.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, bu ilin may ayının göstəricisi ilə müqayisədə iyunda Avropada qazın qiyməti 6,7% artıb.
Onu da qeyd etmək lazımdır ki, bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 411 ABŞ dollarını ötüb. Belə ki, 2 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 411,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (410,9 dollar) ilə müqayisədə 0,1% çoxdur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Baxış sayı:53
Bu xəbər 02 İyul 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















