Icma.az
close
up
RU
Avropada liderlik böhranı və Azərbaycanla fərqlər POLİTOLOQ ŞƏRH ETDİ

Avropada liderlik böhranı və Azərbaycanla fərqlər POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Avropada son illərdə müşahidə olunan siyasi liderlik böhranı artıq həm regional, həm də qlobal miqyasda ciddi müzakirə olunan mövzulardan biridir. Avropa İttifaqının daxilində artan siyasi parçalanmalar, populizmin yüksəlişi, bir sıra ölkələrdə sabit hökumətlərin formalaşmasında çətinliklər, eləcə də sosial-iqtisadi gərginliklər bu böhranın əsas səbəblərindən hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, liderlik böhranı özünü daha çox Avropa dövlətlərinin qlobal miqyasda vahid mövqedən çıxış edə bilməməsi, həmçinin daxildə cəmiyyətin inamını itirmiş siyasi fiqurların önə çıxmasında göstərir: "Digər tərəfdən, ABŞ-ın siyasi ritorikası və xüsusilə Donald Trampın sərt, bəzən isə qeyri-diplomatik üslubu Avropa siyasi mühitinə birbaşa təsir göstərir. Trampın siyasətində açıq sözlülük, kompromisdən uzaq mövqe və “Amerika hər şeydən öndədir” prinsipi, Avropa liderlərinin zəif və qeyri-müəyyən görünməsini daha da qabardır. Əslində, bu, Avropanın liderlik böhranını daha da dərinləşdirən amillərdən biridir. Çünki ABŞ-ın belə sərt mövqedən çıxış etdiyi bir dövrdə Avropa siyasi elitası arasında eyni gücdə və qətiyyətdə fiqurun olmaması nəzərə çarpır.

Azərbaycan liderliyi ilə müqayisə apardıqda isə fərq aydın görünür. Prezident İlham Əliyev regional və beynəlxalq müstəvidə çıxışları, prinsipial mövqeyi və dövlət maraqlarını qətiyyətlə müdafiə etməsi ilə seçilir. Onun apardığı siyasət həm ölkə daxilində, həm də beynəlxalq platformalarda dövlət başçısına güclü lider obrazı qazandırır. Tramp kimi sərt ritorikadan istifadə etməsə də, İlham Əliyevin siyasi davranışı dəqiq, qətiyyətli və balanslıdır. Bu isə həm beynəlxalq müzakirələrdə, həm də ikitərəfli münasibətlərdə Azərbaycanın mövqeyini gücləndirir.

Avropadakı liderlik böhranı ABŞ-ın siyasi ritorikasının təzyiqi altında daha da qabarıq şəkildə üzə çıxır. Trampın sərt mövqeyi ilə müqayisədə Avropa siyasi liderləri zəif görünür. Azərbaycan liderliyi isə tam əksinə, həm regionda, həm də beynəlxalq münasibətlərdə güclü və prinsipial mövqeyi ilə fərqlənir. Bu fərq göstərir ki, liderlik böhranı əslində təkcə daxili siyasi amillərlə bağlı deyil, həm də liderlərin şəxsi xarizması, dövlət maraqlarını müdafiə etmək qətiyyəti və beynəlxalq münasibətlərdə mövqeyini aydın ifadə edə bilməsi ilə sıx bağlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri