Icma.az
close
up
RU
Avropada olmayan, Azərbaycanda və Türkiyədə ölüm saçan avtobus reallığı

Avropada olmayan, Azərbaycanda və Türkiyədə ölüm saçan avtobus reallığı

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkirdə baş vermiş avtobus qəzası ölkəni sarsıtdı. Bu dəfə 7 nəfər bir anın işçində dünyasını dəyişdi. Səbəblər isə dəyişmədi. Sürücü qanunsuz fəaliyyət göstərir, yuxusuzdur, ya da avtomobildə nasazlıq var. Digər çatışmazlıqları (bəlkə də qanunsuzluq) bilmirik. 

Ölkəmizdə kütləvi ölümlə nəticələnən mikroavtobus qəzaları ildə bir neçə dəfə baş verir.

Maraqlıdır ki, qəzaların böyük əksəriyyəri Bakı-Gürcüstan sərhədi yolunda qeydə alınır. Böyük sərnişin avtobuslarının qəzalarına isə şükürlər olsun ki, nadir hallarda rast gəlinir. Bunlar həm də kiçik zərərlə ötüşür. Hər halda müəyyən qədər inkişafa nail olunub.

Azərbaycanlıların ən çox səfər etdiyi, məlumat aldığı və prosesləri izlədiyi ölkə Türkiyədir. Bu ölkədə hər il ölümlə nəticələnən təxminən 300 şəhərlərarası avtobus qəzası qeydə alınır.

Bayram tətilləri vaxtı isə televiziyaların baş xəbəri qəzalar olur. Xəbər bülletenlərində adətən belə şablon cümlələr yer alır: tormoz tutmadı, sürücü idarəetməni itirdi, və s. 

Halbuki, müstəqil ekspertlər başqa cür düşünürlər. Əvvəla, müasir avtobuslarda tormozun imtinası ehtimalı yüzdə birdən də azdır. Real səbəblər arasında sürücülərin yorğunluğu ilk yerdə dayanır. Reys sayına görə ödəniş sistemi sürücüləri günlərlə durmadan hərəkətdə olmağa sövq edir. Digər səbəblər yüksək sürət, təhlükəli ötmə və texniki nasazlıq gəlir. 

Türkiyə Avtomobil mühəndisləri Palatasının Yunus Tener bildirir ki, Türkiyədə avtobus qəzalarının sayı Almaniyadakından 18 dəfə, Avropa İttifaqındakından isə 3 dəfə çoxdur. 
Mühəndis bildirir ki, bunların qarşısını almaq üçün avtobuslarda taxoqrafların işləməsinə/mövcudluğuna ciddi nəzarət olmalıdır. 

Öz növbəmizdə biz də əlavə edək ki, Türkiyədə avtobus qəzalarının başlıca səbəbi həm də avtobus reyslərinin çoxluğudur. Ölkənin əksər hissəsində hələ də dəmir yolu olmadığı üçün yollar yüklənib.

Avropa ölkələrində isə, əhalinin əsas hərəkət vasitəsi qatarlardır. Statistika göstərir ki, Almaniya və Fransa əhalisinin cəmi 13-15 faizi uzaq yol (500 km və yuxarı) üçün şəxsi avtmobildən istifadə edir.

Yüksək sürətli qatarlar mənzil başına tez çatmaqla yanaşı, şəxsi avtomobildən daha ucuz başa gəlir. Ölkələrin əksəriyyətində bir neçə yük kilometrlik avtobus reysləri yoxdur. Prinsip etibarı ilə buna lüzum da yoxdur.

2010-cu ildə Avropada resessiya (iqtisadi geriləmə) dövründə türk əsilli alman iş adamı ölkədaxili avtobus reyslərinin təşkili üçün hökumətə müraciət etdi. Müraciətdə bildirilirdi ki, dəmir yolları ilə daşımalar baha başa gəlir, avtobus isə daha sərfəlidir. Bu müraciətə mənfi cavab verildi.

Cavab belə əsaslandırıldı ki, yol hərəkətinin təhlükəsizliyi naminə dəmir yoluna əlavə subsidiya veriləcək, kütləvi avtobus reysləri təşkil olunmayacaq. Doğrudur, o zaman bu məsələ türkdilli mediada kifayət qədər siyasiləşdirildi. Lakin, tarix göstərdi ki, alman məmurlar haqlı idilər.

Dəmir yolunun səmərəsinə gəlincə: Çin təcrübəsi göstərdi ki, iş düzgün təşkil olunduqda qatarlar nəinki avtobus və şəxsi avtomobilə, hətta təyyarəyə də rəqib ola bilər. 

Azərbaycanda əhalinin mikroavtobuslardan istifadəsinə gəlincə: Lökbatan sakini kimi mənə doğulduğum Ağdaş rayonuna getmək üçün Avtovağzala gələrək avtobus gözləməkdənsə Binə Ticarət Mərkəzindən hərəkət edən avtobuslarla getmək daha sərfəlidir. Çünki Binədən hərəkət edən avtobusların iş rejimi mənə gün ərzində rayona gedib-qayıtmağa iman verir.

Eyni üstünlüyü Avtovağzaldan hərəkət edən avtobuslar təmin edə bilmir. Məncə, AYNA və digər tənzimləyici qurumlar bu amili də nəzərə alsa nəqliyyat təhlükəsizliyi və əlçatanlığı sayəsində irəliləyiş olar.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Avqust 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri