Icma.az
close
up
RU
Avropada piyadaların sürətini məhdudlaşdıran ilk ölkə Sürət həddi qoyuldu

Avropada piyadaların sürətini məhdudlaşdıran ilk ölkə Sürət həddi qoyuldu

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Slovakiyada yeni qanun qəbul olunub ki, bu da piyada səkilərində hərəkət sürətinə limit qoyur - saatda 6 kilometrdən artıq olmaz. Sənədin ölkədə təəccüb və hətta narazılıq yaratdığını bildirir.

Qaynarinfo "Politico"ya isinadən xəbər verir.

Qeyd olunur ki, bu məhdudiyyət piyadalar, velosipedçilər, skeytbordçular və həmçinin skuter və elektrik skuter sürücülərinə aiddir – yəni səkidə hərəkət etməyə icazəsi olan hər kəsə. Hakimiyyət nümayəndələri deyirlər ki, qanun əsasən iki təkərli nəqliyyatın sürətini məhdudlaşdırmaq məqsədilə hazırlanıb.

"Əsas məqsəd – skuter sürücüləri ilə toqquşmaların artması fonunda səkilərdə təhlükəsizliyi artırmaqdır", deyə dəyişiklik müəllifi, hakim Smer Partiyasından Lyubomir Vajni bildirib.

"Politico" qeyd edir ki, orta piyadaların sürəti saatda 4–5 km-dir, amma fiziki cəhətdən sağlam bir insanın saatda 6,4 km sürətlə getməsi tam normaldır və bu, rəsmi olaraq yeni slovak qanununu pozmaq hesab olunur.

Müxalifət artıq yol hərəkəti qanununa edilən dəyişiklikləri tənqid edib.

"Əgər yol qəza hallarını azaltmaq istəyiriksə, daha təhlükəsiz velosiped yollarına ehtiyacımız var, fiziki cəhətdən əməl etmək mümkün olmayan absurd məhdudiyyətlərə yox. Belə sürətlə velosipedçi tarazlığı saxlaya bilmir", deyə müxalif Proqressiv Slovakiya Partiyasından Martin Pekar bildirib.

Hətta ölkənin Daxili İşlər Nazirliyi də parlamentdə hakim koalisiyanın həmkarlarının qərarını yüksək qiymətləndirməyib və sadəcə elektrik skuterlərin səkidə hərəkətini qadağan etməyin daha ağıllı olacağını bildirib.

Dəyişiklik adi slovakları da təəccübləndirib. Sosial şəbəkələrdə vətəndaşlar sual edirlər: avtobusuna çatmaq üçün səkidə qaçsalar, cərimələnəcəklərmi?

Yeni qanun 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri