Avropada qatarların hərəkəti iflic oldu, insanlar yolda qaldı Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərəni Avropa qitəsi ilə birləşdirən La-Manş tunelində yaranan texniki nasazlıq beynəlxalq qatar hərəkətində iflic yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, tunelin hava elektrik xətlərində baş verən nasazlıq səbəbindən London, Paris, Amsterdam və Brüssel şəhərləri arasındakı bütün “Eurostar” reysləri ləğv edilib.
“Eurostar” və “Le Shuttle” şirkətləri sərnişinlərə xəbərdarlıq edərək, səfərlərini başqa tarixə təxirə salmağı xahiş ediblər. Rəsmi bəyanatda bildirilir ki, elektrik kəsilməsi Londonun “St Pancras International” və Parisin “Gare du Nord” stansiyaları arasında ciddi gecikmələrə və son dəqiqə ləğvlərinə yol açıb”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, şirkət rəsmiləri biletləri olmayan sərnişinlərin stansiyalara gəlməməsini tövsiyə edib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 Dekabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















