Icma.az
close
up
RU
Avropada qazın qiyməti artır...

Avropada qazın qiyməti artır...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qitə ölkələri yanacaq mənbələrinin artırılmasına çalışır

Yaxın Şərqdəki son proseslər fonunda Avropada təbii qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyəyə qalxıb. Niderlandın TTF habında qazın oktyabr üzrə fyuçersləri meqavat-saat üçün 4,4 faiz artaraq 69,9 avro olub. Bu, 2023-cü ilin yanvar ayından bəri ən yüksək səviyyədir. “Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, Avropada təbii qaz anbarlarının doluluq nisbəti hazırda 64,7 faizdir. Bu göstərici tarixi orta səviyyədən də aşağıdır.

Ekspertlərin fikrincə, Avropada “mavi yanacağın” qiyməti Yaxın Şərqdə yenidən başlayan döyüşlərin Körfəzdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracında daha çox pozuntulara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda yüksəlir. “Köhnə qitədə” ilin bu vaxtı üçün anbarların doluluq nisbətinin tarixi orta səviyyədən aşağı olması isə qışdan əvvəl ehtiyatların artırılması ilə bağlı narahatlıqlar yaradır. Lakin sentyabrın əvvəli üçün qitədə proqnozlaşdırılan daha mülayim hava temperaturu tələbatla bağlı gözləntiləri məhdudlaşdırsa da, anbarların doluluq nisbətinin aşağı qalması, Körfəzdən LNG tədarükü ilə bağlı qeyri-müəyyənliklər və Hörmüz boğazı üçün risklər qazın qiymətinə yuxarı istiqamətli təzyiq göstərir.

Analitiklər hesab edirlər ki, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.

Azərbaycanın Pan-Avropa qaz təchizatçısı kimi mövqeyi güclənir

Baş verənlər fonunda Avropanın qaz bazarında Azərbaycana olan tələbat da artır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildən Avstriya və Almaniyaya da qaz tədarükünə başlayıb. “Cənub Qaz Dəhlizi”nin Avropa seqmenti olan Transadriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilən qaz yanvarın ortalarından etibarən İtaliya üzərindən Avstriya və Almaniyaya çatdırılıb. Bununla da Azərbaycan qazının Avropadakı coğrafiyasını daha da genişləndirib və alıcı ölkələrin sayını 16-ya çatdırıb. Hazırda TAP kəməri ilə 12 Avropa ölkəsinə birbaşa qaz ixrac olunur. Ümumilikdə, TAP kəməri istifadəyə veriləndən Avropa ölkələrinə 60 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac olunub.

Ötən illərdə müxtəlif regionlardakı qaz infrastrukturlarında yaranan fasilələr və innektorlardakı dayanmalara baxmayaraq, Azərbaycan qaz nəql etdiyi ölkələrin heç birinin təchizatında ara verməyib. Bu, ölkəmizin bir daha etibarlı və məsuliyyətli tərəfdaş olduğunu təsdiqləyir. Azərbaycanın bu həssas davranışı Avropa ölkələri tərəfindən təqdir edilib.

Azərbaycanın Avropanın qaza olan tələbatının ödənilməsi üçün imkanları isə olduqca genişdir. Ölkəmizin təsdiq olunmuş təbii qaz ehtiyatları, təxminən, 2,5 trilyon kubmetrdən 2,6 trilyon kubmetrədək qiymətləndirilir. Həmin ehtiyatların əsas hissəsi “Şahdəniz”, “Abşeron”, “Babək” və “Ümid” kimi iri yataqların payına düşür. Son illər hasilatı artırmaqla Avropa bazarlarına daha çox qaz çıxarılmasına nail olmaq məqsədilə ölkəmizdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Avropada qaza olan ehtiyacların artması reallığı nəzərə alınaraq TAP-ın səhmdarları kəmərin genişləndirilməsi işlərinə də başlayıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəmərinin genişləndirilməsi üzrə bazar araşdırması başlayıb. Boru kəmərinin operatoru “TAP AG” şirkəti bəyan edib ki, TAP hazırda 3 genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən ildə 14,4 milyard kubmetr), qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) və tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr). Nəticədə Azərbaycanın Aİ-yə qaz tədarükləri üçün yeni imkanlar açılacaq.

TransXəzər qaz kəməri aktuallaşır

Beynəlxalq Enerji Agentliyinin analitikləri hesab edirlər ki, Avropada qaz böhranı Xəzərin digər resurs nöqtələrini - Türkmənistan yanacaq mənbələrini də səfərbər etməyə ehtiyacları artırır. Bu baxımdan TransXəzər qaz kəmərinin çəkilişi aktual olaraq ön plana çıxır. Türkmənistan qazı bu kəmərlə Azərbaycana və Türkiyəyə, oradan isə Avropaya nəql oluna bilər. Xatırladaq ki, 3 il əvvəl Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri Türkmənbaşı şəhərində üçtərəfli görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yaradılması ilə yanaşı Türkmənistan qazının Avropaya nəql olunması yollarını müzakirə ediblər. Həmçinin, Avropa İttifaqı ölkələri digər türk dövlətlərinin - Özbəkistan və Qazaxıstanla yanacağın Cənub Qaz Dəhlizinə ötürürülməsi istiqamətində aktiv danışıqlar aparılmaqdadır. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişlənməsinin təmin edilməsi deməkdir. Bu nəhəng coğrafi enerji arteriyasının qurulması üçünsə Avropa böyükhəcmli sərmayə yatırmalı və TransXəzərin maliyyələşməsi təmin etməlidir. Hazırda Aİ bu məsələni müzakirə edir və infrastrukturun yaradılması üçün sərmayə proqramı təmin olunsa, Azərbaycan və Türkiyə Avropaya qaz nəqlində tranzit ölkə kimi çıxış edəcək.

Beləliklə, enerjinin şaxələndirilməsi ilə bağlı mükəmməl siyasət yürüdən Azərbaycan çoxşəbəkəli ixrac bloklarını təchiz etməklə böyük coğrafi ərazilərin legitim tədarükçüsü statusu qazanmış olub.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri