Avropada qazın qiyməti rekord həddə çatdı KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropada təbii qazın qiyməti mart ayından bəri ən yüksək səviyyəyə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Şpiqel” nəşri yazıb.
Məlumata görə, Niderlandın TTF habında qaz fyuçersinin qiyməti meqavat/saat üçün 64,60 avro təşkil edib. Bu, martın ortalarından bəri qeydə alınan ən yüksək göstəricidir.
Qazın bahalaşmasına Hörmüz boğazında ticarət gəmilərinə hücumlarla bağlı narahatlıqlar və Körfəz bölgəsindən tədarükünün tezliklə normallaşmasının mümkün olmaması təsir göstərir. Son iki həftədə qazın qiyməti 20 faizdən çox artıb. İran Hörmüz boğazının açılması üçün ABŞ ilə iyunun ortalarında imzalanmış çərçivə sazişinin icrasını tələb edir.
Qiymət artımı Avropada qaz anbarlarının doluluq nisbətinin ötən illə müqayisədə aşağı olduğu vaxta təsadüf edir. “Gas Infrastructure Europe”nin (GIE) məlumatına görə, Avropadakı anbarların doluluq nisbəti hazırda 61,40 faiz, Almaniyada isə 50,06 faizdir. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 74 və 67 faiz olub.
Baxış sayı:112
Bu xəbər 19 Avqust 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















