Avropada reaktiv yanacaq qıtlığı hava nəqliyyatında problemlər yaradıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 7 may, AZƏRTAC
Brüssel Hava Yollarının 4-6 həftəlik reaktiv yanacaq ehtiyatı qalıb.
AZƏRTAC-ın Belçika mətbuatına istinadən verdiyi xəbərə görə, Avropada reaktiv yanacaq problemi Brussel Hava Yollarına da mənfi təsir edir.
Bir çox reyslər ləğv olunur, alınan biletlər geri qaytarılır.
“Lufthansa”ya məxsus olan Brüssel Hava Yolları 90 istiqamətə uçuşlar həyata keçirir. Şirkət təxminən 3700 işçisi və 46 təyyarəsi ilə sərnişinlərə xidmət edir.
Qeyd edək ki, Yaxın Şərqdəki münaqişələr və Hörmüz boğazından daşınmaların dayandırılması səbəbindən Avropada neft və təbii qazın qiymətləri artıb. Reaktiv yanacağın qiymətində isə daha çox artım müşahidə olunur.
Avropa İttifaqının neft emalı zavodları reaktiv yanacaq ehtiyacının yalnız 70 faizini qarşılaya bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 May 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















