Avropada sığınacaq müraciətlərinin sayı 24 faizdən çox azalıb
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aİ ölkələri, Norveç və İsveçrədə sığınacaq üçün müraciətlərin sayı cari ilin doqquz ayında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dörddəbirə yaxın azalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Welt am Sonntag" nəşri məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə ümumilikdə 452 969 sığınacaq sorğusu qeydə alınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə (598 575 müraciət) müqayisədə 24,3 % azdır.
Müraciətlərin sayına görə Almaniya (70 257) hazırda Fransa (98 822) və İtaliyadan (78 496) sonra üçüncü pillədə qərarlaşıb. Ən az sığınacaq müraciəti isə Macarıstan (83) və Slovakiya (131) payına düşüb.
Almaniyaya gələn qaçqınların əksəriyyətini Əfqanıstan (23 %), Suriya (12 %) və Türkiyə (10 %) vətəndaşları təşkil edir. Əfqanıstan vətəndaşları 52 361 müraciətlə ümumilikdə Avropa üzrə də ilk sıradadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 04 Oktyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















