Icma.az
close
up
RU
Avropada şok qalmaqal: donorun xərçəng geni yüzlərlə uşağa ötürülüb

Avropada şok qalmaqal: donorun xərçəng geni yüzlərlə uşağa ötürülüb

Icma.az, Lent az saytına istinadən bildirir.

Bir donor görünməyən genetik mutasiya səbəbindən onkoloji risk yüksək olan 197 uşağın atası olub. Uşaqlar illik müayinələrə ehtiyac duyur, bəziləri isə artıq həyatını itirib. Beynəlxalq miqyasda aparılan jurnalist araşdırması müəyyən edib ki, xərçəng riskini kəskin artıran təhlükəli genetik mutasiyanın daşıyıcısı olan bir sperma donoru Avropanın müxtəlif ölkələrində ən azı 197 uşağın atası olub. Bu uşaqlardan bəziləri irsi qüsura görə artıq xərçəngdən vəfat edib, çox az hissəsinin isə həyat boyu xəstəlikdən yayınacağı ehtimal olunur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, anonimliyini qoruyan donor 2005-ci ildə, tələbə olduğu dövrdə biomaterial verməyə başlayıb. O, tam sağlam görünüb və bütün məcburi tibbi yoxlamalardan uğurla keçib. Lakin doğuşdan onun reproduktiv hüceyrələrinin bir hissəsində gizli genetik pozuntu mövcud olub. Qüsur hüceyrələrin bədxassəli dəyişməsinin qarşısını alan əsas genlərdən biri olan TP53 genini əhatə edib.

Donorun orqanizminin əksər toxumalarında bu mutasiya yoxdur, lakin spermatozoidlərin təxminən 20 faizi zədələnmiş geni daşıyır. Belə materialla mayalanma zamanı embrionun hər bir hüceyrəsi qüsurlu geni alır ki, bu da Li-Fraumeni sindromuna səbəb olur. Bu vəziyyətdə xərçəngin inkişaf ehtimalı 90 faizə qədər yüksəlir, xüsusilə uşaqlıq dövründə. Qadınlarda isə yetkin yaşda süd vəzi xərçəngi riski kəskin artır. London Xərçəng Araşdırmaları İnstitutunun genetik alimi, professor Kler Ternbull bunu “dəhşətli diaqnoz” adlandırıb.

“Bu ailələr üçün çox ağırdır: ömürlük qorxu və bu risklə yaşamaq yükü”, - professor bildirib.

Şişlərin vaxtında aşkar olunması üçün mutasiya daşıyıcısı olan uşaqlara hər il bütün bədənin və baş beynin MRT müayinəsi, həmçinin qarın boşluğu orqanlarının ultrasəs müayinəsi təyin olunur. Qadınlara isə tez-tez profilaktik mastektomiya tövsiyə edilir. Avropa sperma bankının nümayəndələri bildiriblər ki, “nə donorun özü, nə də onun qohumları xəstə deyil” və standart testlər bu cür mutasiyanı aşkar etməyə imkan vermir. Problem üzə çıxan kimi donor “dərhal bloklanıb”.

Uşaqlar artıq xərçəngdən ölür

Şübhələr eyni donordan dünyaya gəlmiş onkoloji xəstə uşaqları müalicə edən həkimlərdə yaranıb və bu barədə Avropa İnsan Genetikası Cəmiyyətinin konfransında məlumat verilib. O zaman məlum olan 67 övladdan 23-də mutasiya təsdiqlənib, onların 10-na isə artıq xərçəng diaqnozu qoyulub. Ailələrlə aparılan sorğular və araşdırmalar nəticəsində jurnalistlər müəyyən ediblər ki, bu donorun uşaqlarının ümumi sayı ən azı 197-dir və bu rəqəm arta bilər. Mutasiyanı daşıyanların dəqiq sayı isə hələ də məlum deyil.

“Bizdə artıq xərçəng inkişaf etmiş çoxlu uşaq var. Bəzilərində hətta iki fərqli xərçəng növü aşkarlanıb. Bəziləri isə çox erkən yaşda vəfat edib”, - Fransadan doktor Edviç Kasper bildirib.

Adı dəyişdirilmiş fransız qadın Selin, tək ana, Belçika klinikasından təcili zəng aldıqdan sonra 14 yaşlı qızında mutasiya olduğunu öyrənib. O, donoru şəxsən günahlandırmır, lakin ona “təmiz olmayan, təhlükəsiz olmayan və risk daşıyan” materialın təqdim olunmasına etiraz edir.

“Bunun nə vaxt baş verəcəyini, hansı xərçəng olacağını bilmirik. Amma bilirik ki, bu baş verəcək. Və baş verəndə mübarizə aparacağıq”, - Selin bildirir.

Bu donorun sperması 14 ölkədə yerləşən 67 klinikada istifadə olunub.

Vahid beynəlxalq standartların olmaması

Dünya üzrə bir donordan istifadə edilə biləcək mayalanmaların sayını məhdudlaşdıran vahid qaydalar yoxdur hər ölkə bu limiti ayrıca müəyyən edir. Avropa sperma bankı bəzi ölkələrdə bu məhdudiyyətlərin “təəssüf ki, pozulduğunu” etiraf edib.

Mançester Universitetinin professoru Allan Peysi izah edib ki, bir çox ölkə eyni vaxtda onlarla regiona material göndərən iri beynəlxalq banklardan asılıdır və bu da ümumi mayalanma sayına nəzarəti son dərəcə çətinləşdirir. O, vəziyyəti “dəhşətli” adlandırsa da, tam təhlükəsiz sistem yaratmağın mümkün olmadığını vurğulayıb.

“Biz artıq donor namizədlərinin cəmi 1-2 faizini qəbul edirik. Tələbləri daha da sərtləşdirsək, ümumiyyətlə donor qalmayacaq”, - professor qeyd edib.

Materialın tədarükünü həyata keçirən Danimarka mənşəli Avropa sperma bankı zərərçəkmiş ailələrə “dərin hüznlə başsağlığı” verib və bəzi ölkələrdə donor materialından həddindən artıq istifadə olunduğunu təsdiqləyib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri