Avropada Trampa tələ hazırlanır Nəticəsi fəlakət olacaq
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qərb ölkələrinin Ukraynada 30 günlük atəşkəs təşəbbüsü ABŞ Prezidenti Donald Tramp üçün “tələdir”.
Globalinfo.az xəbər verir ki, bunu rumıniyalı publisist İon Kristoyu deyib.
“Avropalılar bunu dünyaya rusların bədxah olduqlarını göstərmək üçün etdilər. Düşünürəm ki, Tramp onlara inandığı üçün sadəlövhdür. Amma Ağ Ev rəhbəri bu tələyə düşməmək üçün kifayət qədər ağıllıdır. Əgər Tramp bu təsirə boyun əyib anti-Rusiya sanksiyalarını sərtləşdirsə, o zaman dünya üçün etdiyi hər şey çökəcək. Bu isə Trampa fəlakətli nəticə vəd edir”, – o bildirib.
Kristoyu əlavə edib ki, Avropa İttifaqı (Aİ) silahlanmaq istəyir və bunun üçün onlara Rusiya təhlükəsi lazımdır:
“Onlar qəsdən Rusiyanın qəbul edə bilməyəcəyi 30 günlük atəşkəs təklifini irəli sürürlər”.
Qeyd edək ki, mayın 10-da ABŞ, Avropa İttifaqı və Ukraynanın münaqişənin həlli üçün 22 bənddən ibarət birgə plan hazırladığı bildirilib. Onların arasında 30 günlük atəşkəs də var.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 May 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















