Icma.az
close
up
RU
Avropada uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq Yenilik

Avropada uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq Yenilik

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) 16 yaşdan aşağı uşaqların sosial media platformalarına girişini valideyn icazəsi ilə məhdudlaşdıran yeni qanun layihəsi üzərində işləyir. Fransa, İspaniya və Yunanıstanın dəstək verdiyi təşəbbüs, uşaqlar arasında artan vərdişlərin mənfi təsirlərini azaltmaq üçün irəli sürülüb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, layihəyə əsasən, Aİ səviyyəsində “Rəqəmsal Yetkinlik Yaşı” müəyyən ediləcək və bu yaşdan aşağı olan şəxslər sosial mediadan yalnız valideyn icazəsi ilə istifadə edə biləcəklər.

Tənzimləmə, bütün üzv ölkələrdə tətbiq ediləcək vahid mexanizmləri nəzərdə tutur.


Aİ rəqəmsal siyasət üzrə nazirlərinin iyun ayının əvvəlində bu təklifi ətraflı müzakirə etmək üçün bir araya gələcəyi gözlənilir. Qanun layihəsinin irəlilədilməsi üzrə məsuliyyəti növbəti dövr üçün sədrliyi üzərinə götürəcək Danimarkanın daşıyacağı bildirilir.


Sənəddə qeyd olunub ki, uşaqların onlayn risklərdən qorunması yalnız milli deyil, Avropa səviyyəsində kollektiv yanaşma tələb edir. Təklif həmçinin cihaz səviyyəsində yaşın təsdiqlənməsi və valideyn nəzarəti sistemlərinin məcburi tətbiqini, eləcə də sosial şəbəkələrdə istifadəçini ekranda daha uzun saxlamağa yönəlmiş “avtomatik oynatma” və “pop-up” dizayn elementlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.


Bu addım, Fransa Prezidenti Emmanuel Makronun 2024-cü ilin aprelində irəli sürdüyü “rəqəmsal yetkinlik” anlayışına əsaslanır. Layihə hazırda digər Aİ ölkələri ilə bölüşülərək daha geniş dəstək toplama mərhələsindədir.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri