Icma.az
close
up
RU
Avropada yeni müharibə başlaya bilər Ekspert

Avropada yeni müharibə başlaya bilər Ekspert

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Rusiya ilə NATO arasında gərginliyi daha da artıran yeni hadisə baş verib. Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması nəticəsində Varşava ciddi təhlükə ilə üzləşib.

Hadisə zamanı Polşa ərazisində yeddi pilotsuz təyyarə və mənşəyi məlum olmayan raket qalıqları aşkarlanıb, bir yaşayış binası isə zədələnib. Gərginliyin miqyasını göstərən digər məqam, Varşava, Lyublin və Rzeşov hava limanlarının fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. NATO ilk dəfə olaraq Polşa üzərində potensial təhlükənin qarşısını almaq üçün hərbi təyyarələrdən istifadə edib. Bu hadisə Polşanın təhlükəsizlik siyasətini və NATO-Rusiya münasibətlərində gərginliyi də gündəmə gətirib.

Tərəflər əsasında münasibətləri şərh edən politoloq Samir Hümbətov Metbuat.az-a bildirib ki, Rusiyanın bu addımı açıq şəkildə yeni müharibənin yaranmasına gətirib çıxara bilər:


“Rusiya yaxşı anlayır ki, NATO üzvü olan və dünyanın ən güclü ilk beş ordusundan birinə sahib Polşaya qarşı atılan bu addım tamamilə fərqli məna daşıyır. Artıq iki ilə yaxındır ki, Polşa Rusiyadan gələ biləcək yeni müharibəyə hazırlaşır. Bu mövzunun həm Polşa, həm də Avropa mətbuatında əks olunması, eyni zamanda Rusiya mediasının mövqeyini izləmək çətin deyil”.

Bu müharibənin olub olmayacağı sualına cavab olaraq politoloq bildirib ki, Rusiyanın atdığı addım hadisələri Ukrayna müstəvisindən çıxarıb NATO müstəvisinə daşımaq cəhdidir:

“Rusiya Ukraynada hədəflərinə tam çata bilmir. Hər nə qədər ictimaiyyətə “biz NATO ilə döyüşürük” mesajını versə də, cəmiyyəti buna tam inandıra bilmir. Rusiyada bu məsələ getdikcə daha çox müzakirə olunmağa başlayır. Belə vəziyyətdə Moskva məcburdur ki, NATO ilə müəyyən formada qarşıdurmaya gedərək cəmiyyətə “baxın, biz həqiqətən NATO ilə döyüşürük” mesajı versin”.

Politoloq hesab edir ki, Rusiyanın bu addımı həm də ABŞ-nin səbrini test etmək cəhdi kimi görünür:

“Moskva yoxlamaq istəyir ki, ABŞ NATO ölkəsi olaraq Polşanı hansı dərəcədə müdafiə edəcək və nə qədər dəstək göstərəcək. Bu isə olduqca mühüm məqamdır. Ona görə də Rusiyanın bu addımı həm açıq təxribat, həm də NATO-nu sınağa çəkmək cəhdi kimi qiymətləndirilə bilər. Əgər bu proses davam edərsə, gələcəkdə ciddi fəsadların ortaya çıxması ehtimalı yüksəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri