Avropada yoxsulluq artır: Ən pis vəziyyətdə olan ölkələr məlum oldu
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqında ötən il əhalinin 21 faizi yoxsulluq və ya sosial xaric olunma riski ilə üz-üzə qalıb. Bəs, yoxsulluq həddində yaşayanların nisbəti ən çox hansı ölkələrdədir?
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqında (Aİ) ötən il 93,3 milyon insanın yoxsulluq riski altında olduğu bildirilib.
Avropa Statistika İdarəsi (Eurostat), Aİ ölkələrində 2024-cü ildə yoxsulluq və sosial xaric olunma riski altında yaşayanlara dair məlumatları yayımlayıb.
Məlumatlara əsasən, Aİ-də ötən il əhalinin 21 faizi yoxsulluq və ya sosial xaric olunma riski ilə qarşılaşıb.
Beləliklə, Aİ ölkələrində ümumilikdə 93,3 milyon insan yoxsulluq həddində yaşayıb.
Yoxsulluq həddində yaşayanların nisbətinin ən yüksək olduğu ölkələr 30,3% ilə Bolqarıstan, 27,9% ilə Rumıniya, 26,9% ilə Yunanıstan, 25,8% ilə İspaniya və Litva olub.
Yoxsulluq və ya sosial xaric olunma nisbətinin ən aşağı olduğu ölkələr isə 11,3% ilə Çexiya, 14,4% ilə Sloveniya, 15,4% ilə Niderland, 16% ilə Polşa və 16,7% ilə İrlandiya olaraq müəyyən edilib.
Yoxsulluq nisbəti Almaniyada 21,1%, Fransada 20,5% və İtaliyada isə 23,1% səviyyəsində olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 30 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















