Icma.az
close
up
RU
Avropadakı antimilli ünsürlər əmmaməli mollalardan fərqlənmirlər ANALİZ

Avropadakı antimilli ünsürlər əmmaməli mollalardan fərqlənmirlər ANALİZ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqtonda baş tutan yüksək səviyyəli görüş və imzalanan iki və üçtərəfli sənədlər Azərbaycanın böyük gücə malik dövlət olduğunu bir daha nümayiş etdirdi. Təsdiq olundu ki, Azərbaycan dünyanın ən aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq aləm tərəfindən hörmət və rəğbət göstərilən dövlətlərdəndir. O da sübuta yetirildi ki, Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev ölkəmizin milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutan, qoruyan və başqa dövlət başçılarına diktə etməyə qadir olan Prezidentdir. Lakin bu gücə və əldə olunan nailiyyətə qarşı bəzi xarici dövlətlərin üzüqara olmuş ünsürləri, rəsmi şəxsləri eləcə də Azərbaycanda müxtəlif cinayətlər törədib Avropada gizlənən antimilli ünsürlərin başlarına daş, canlarına azar salıb. Bütün günü Vaşinqton görüşünün yüksək uğuruna kölgə salmağa xidmət edən fikirlər səsləndirir, statuslar paylaşır, açıqlamalar verirlər. Rusiya və fars-molla rejimi arzu etdikləri müharibənin baş tutmadığını, əksinə, regionda sülhün təmin olunacağını başa düşdüklərindən genişmiqyaslı təxribatlar törədir, açıqlamalar yayır, fikirlər səsləndirirlər. Rusiya ənənəvi terror siyasətinə uyğun olaraq Azərbaycanın Ukraynadakı neft tankerlərinə xain hücumlar təşkil edir, Dövlət Dumasının içki düşkünü olan məxluqları Azərbaycana haqqında sərsəm ifadələr söyləyirlər. Eyni xəstəliyin daşıyıcısı olan fars-molla rejiminin əmmaməli mollaları da səfeh-səfeh ifadələr işlədirlər. Baş mollanın baş müşaviri Əli Əkbər Vilayəti bir qədər də sərsəm leksikonuna geniş yer verərək Tramp yolunun ( Zəngəzur dəhlizi) inşasına imkan verməyəcəklərini bəyan edir. Bundan bir qədər əvvəl isə baş mollanın özü Zəngəzur dəhlizinin onlar üçün qırmızı xətt olduğunu bildirmişdi. Bu baxımdan Əli Əkbər Vilayətinin qaza gətirilməsi baş mollanın tapşırığı ilə olduğu şübhəsizdir. Çünki birincisi, baş molla bir qədər əvvəl Zəngəzur dəhlizi ilə bağlı nalayiq ifadə işlətməklə özünə hörmət edənlərdən olmadığını nümayiş etdirib. İkincisi isə, Ə.Ə.Vilayəti müstəqil mövqe ifadə etmək gücünə və imkanına malik deyil, ona əmr olunub və o da müti qul kimi göstərişi yerinə yetirib.

Antimilli ünsürlər sifarişlər yerinə yetirirlər

Vaşinqton görüşündən dərhal sonra Azərbaycanı hədəf seçmək üçün əmr qulu olan ünsürlər sırasında sapı özümüzdən olan baltalar da xüsusi fəallıqları ilə seçilirlər. Azərbaycanın dağıdıcı müxalifətinin, o cümlədən Əli Kərimlinin, Cəmil Həsənlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin, Arif Hacılının Vaşinqton görüşü ilə bağlı ikibaşlı, siyasi riyakarlıqlarına uyğun fikirlər səsləndirmələri onlarında fars-molla rejiminin əmmaməli mollalarından bir o qədər də fərqlənmədiklərini göstərir. Xarici ölkələrdə oturub, Azərbaycan haqqında sosial şəbəkə vasitələri ilə hər gün canlı yayımlar etməklə hədyanlar səsləndirən Tural Sadıqlı, Arif Məmmədov, Sevinc Osmanqızı, Məhəmməd Mirzəli, Orduxan Temirxan və digərləri daha həyasız və abırsız mövqeyə malikdirlər. Çünki bu ünsürlər sanki əmmaməli mollalardandırlar. Elə Amili, Vilayəti kimi sayıqlayırlar, vildeolar paylaşırlar. Lakin anlamırlar ki, günün birində it kimi sığındıqları ölkələrdən qovulacaqlar. Çünki kifayət qədər xaricdə oturub, Azərbaycan barədə sifarişli təhqirlər yağdıran şəxslər olmuşdur ki, istifadə olunmaq limitləri bitdikdən sonra lazımsız əşya kimi Azərbaycana deportasiya olundular.

Xaricdəki antimilli ünsürlərdən bir gün imtina olunacaq

Azərbaycan cəmiyyətinə artıq hər şey aydındır ki, Avropada oturub Azərbaycanın dövlətinə, xalqına qarşı şər və böhtanlar səsləndirənlər yalnız xarici xüsusi xidmət orqanları qarşısında deyil, eləcə də erməni lobbisinin pulları qarşılığında üzərilərinə öhdəlik götürüb, öz dövlətlərinə qarşı çirkin kampaniya aparırlar. Onlardan biri olan Orduxan Teymurxandır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən doğulduğu Cəbrayılı müdafiə etməkdənsə Avropaya qaçdı. Sonradan məlum oldu ki, bu məxluq Rusiya agenturasının əməkdaşıdır. Hələ Rusiyada hərbi xidmətdə olarkən Rusiya KQB-si tərəfindən əməkdaşlığa cəlb olunub. Bu gündə Rusiya xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılmasında istifadə edilir.

Mövcud faktlar və aparılan məhkəmə prosesləri onu deməyə əsas verir ki, bu ünsürlərin sonu çatıb. Daha doğrusu, tədricən onların bir neçəsi məhkəməyə verilib və onlar haqqında qiyabi hökm çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Almaniyada gizlənən Qabil Məmmədov barəsində qiyabi hökm elan edilib. Məhkəmənin hökmü ilə Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə ilə bağlı ittihamedici hökm çıxarılıb. Q.Məmmədov 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 min 597 manat pul alıb. Həmçinin Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib. İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Qabil Məmmədova bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib.

Söz yox ki, yaxın vaxtlarda Qabil Məmmədov, Tural Sadıqlı və digərləri tam heyətlə gizləndikləri ölkələrdə həbs olunaraq Bakıya gətiriləcəklər. Bununla da bir daha Azərbaycan qanunvericiyini pozan istənilən şəxsin cəzadan qaçmasının mümkün olmadığı təsdiq olunacaq.

Pul bölgüsü üstündə boğuşan məxluqlar

Sosial şəbəkələrdə yayılan informasiyalardan aydın olur ki, Avropadakı söyüş qrup üzvləri ayrılan pulu bölə bilmədiklərindən bir-birini aşağılayıb, təhqir ediblər. Məhəmməd Mirzəli Tural Sadıqlıdan ala bilmədiyi 300 avroya görə onu ən ağır söyüşlərlə təhqir edirdi. Bu azmış kimi Məhəmməd Mirzəli Tural Sadıqlı haqqında təhqir və ifşaedici videolar yayırdı. Bu gün də tərəflər arasında bir-birini təhqiredici kampaniya davam edir. Bu cür yarasız məxluqların bəzən “millət”, “xalq” deyə pafoslu açıqlamalarla çıxış etmələri, canlı yayımlar qurmaları gülüş doğurur, məsxərə obyekti yaradır. Ən böyük rüsvayçı hallardan biri ondan ibarətdir ki, iki eşşəyin arpasını bölə bilməyən T.Sadıqlı prezidentliyə namizəd olmaq iddiasına düşmüşdür. Görünür, təlimatları ilə fəaliyyətini qurduğu AXCP sədri Əli Kərimlidən bir səs çıxmadığını gördüyündən qabağa çıxıb, namizəd olmaq arzusuna düşmüşdür. Bununla da həm də daha çox qrant almaq istəyində olmuşdur. Lakin MSK qanunvericiliyin tələbinə əsaslanmaqla ona Azərbaycana gəlib, özü şəxsən namizədliyini irəli sürməyi məsləhət bilmişdir. Təbii ki, qorxaq və cəsarətsiz olan T.Sadıqlı məsləhəti nəzərə almaq gücünə malik deyildi. Onun ki, yalnız xaricdə rahat, təhlükəsiz yerdə oturub, xalqını sevən, millətinə bağlı olan insanları təhqir etməkdir, dövlətə qarşı ittihamlar irəli sürməkdir, xalqın heysiyyatına toxunan ifadələr səsləndirməkdir.

AXCP sədri öz riyakar rolunu itirir

Sübuta yetirilən fakt ondan ibarətdir ki, xaricdəki antimilli ünsürlərin hərəsini bir qaranlıq dairə idarə edir. Ümumi koordinasiya isə Fransa xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Bəzən Avropadakı ünsürləri idarə edən dairələr daxildəki siyasi partiya yetkililərinə də sifarişlərini ötürürlər. AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin, Arif Hacılının və digər dağıdıcı ünsürlər sifarişləri yerinə yetirə bilmədiklərindən Avropadakı mühacirlər tərəfindən sərt şəkildə ittiham olunurlar. Bu da Milli Şura, AXCP və Müsavat arasında bir-birinə qarşı inamsızlığın yaranmasına gətirib çıxarır. Çünki onların hər biri iddia edir ki, antimilli ünsürlər tərəfindən onların təhqir olunması sifarişini rəqibləri verir. Məlum faktdır ki, Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı üzdə bir arxada isə başqa cür bir-birinə qarşı davranırlar. Fürsət yarandıqca bir-birini sıradan çıxartmağa çalışırlar. Son vaxtlar Ə.Kərimli erməni lobbisindən maliyyələşən xarici mediaya ardıçıl müsahibələr verir və bununla özünü müxalifətin lideri olduğunu göstərməyə çalışır. Bu isə İsa Qəmbər və Arif Hacılı cütlüyünü ciddi narahat edir. Baxmayaraq ki, Ə.Kərimli onların özlərinin marağına uyğun olaraq Azərbaycanın milli maraqlarına qarşı şər və böhtanlar səsləndirir. Lakin bu halda belə İsa Qəmbəri və Arif Hacılını Ə.Kərimlinin müxalifətin lideri olaraq önə çıxmasını arzu etmirlər. Əslində, onlar müxtəlif vaxtlarda birləşdiklərini elan etsələr də, gəlinən son nəticədə Əli Kərimli ilə Müsavat funksionerləri bir-birinə qarşı barışmaz mövqedə dayanan düşmənlər olduqlarını göstəriblər. Təbii ki, çox ciddi sosial baza problemi yaşadıqları və silsilə uğursuzluqların rəmzinə çevrildikləri bir vaxtda funksionerlərarası qarşıdurmanın baş verməsi vəziyyətin daha da ağırlaşmasına təkan verir. Nəticədə qarşıdurmalardan bezən sıravi üzvlər, bəzən isə kollegial orqanlarda təmsil olunan şəxslər partiyalardan istefa verirlər. Hazırkı dönəmdə onların arasında münasibətlərin gərginləşməsi onu deməyə əsas verir ki, tərəflər arasında yeni çəkişmələrin əsası qoyulur. Qalibin kim və ya hansı tərəfin olacağını demək çətindir. Belə demək mümkünsə hansı tərəfə xaricdən daha çox dəstək verilsə, o da siyasətdə lazımsız əşya kimi də olsa fəaliyyətini davam etdirəcək.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri