Icma.az
close
up
RU
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycanda səfərdə olan İrlandiyanın Tirinti Universitetinin professoru, tarix elmləri doktoru Patrik Uolş və Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson Gəncədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

AMEA-nın Media və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə rəhbərlik edən akademiyanın Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov qonaqlara Gəncə şəhərinin tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olmasından, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə şəhərin inkişafına verdiyi töhfələrdən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.

Görüş zamanı AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Əlimuxtar Muxtarov Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin bəşəri dəyərləri dünya miqyasında təmsil və təbliğ edən dahi bir sənətkar olduğunu qonaqların diqqətinə çatdırıb. Tədqiqatçı qeyd edib ki, istər Şərq, istərsə də Qərb ölkələrində dahi şairin irsinin böyük maraqla öyrənilməsinin əsas səbəblərindən biri onun yaradıcılığında tolerantlıq, multikulturalizm, birgəyaşayış və humanizm kimi ideyaların aparıcı xətt təşkil etməsidir.

Ə.Muxtarov qonaqlara Azərbaycan nizamişünaslığının və dahi şairin məqbərəsinin tarixindən söhbət açıb. Qeyd edib ki, bir əsrdən artıq tarixə malik olan Azərbaycan nizamişünaslığının intibah dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin XX əsrin 60-cı illərinin sonlarından başlayaraq dahi mütəfəkkirin irsinin öyrənilməsi, tərcüməsi, yubileylərinin qeyd edilməsi, həmçinin məqbərəsinin qorunması və bərpası istiqamətində həyata keçirdiyi dövlət tədbirlərinin tarixi əhəmiyyətindən danışan Ə.Muxtarov, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının dahi mütəfəkkirin 870 və 880 illik yubileylərinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi, Prezidentin himayəsi altında keçirilən Qlobal Bakı forumlarının tarixi missiyası və 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması kimi mühüm addımların məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğu qonaqların diqqətinə çatdırılıb.

Qonaqlar da öz növbələrində Avropada Nizami irsinin XVII əsrdən öyrənilməyə başlandığını deyib, Nizami Gəncəvinin tədqiqatçısı olan hər bir xarici ölkə aliminin həyatında bir dəfə də olsa, Gəncəni - Nizami Gəncəvi məqbərəsini ziyarət etməsinin zəruriliyini qeyd ediblər: “Nizaminin Vətəni, məqbərəsi insanda elə duyğular formalaşdırır ki, sanki bu sehrli, müqəddəs məkanda Nizami özü səninlə danışır”.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Nizami Gəncəvi Muzeyini ziyarət edərək, böyük Azərbaycan şairinin burada sərgilənən əlyazmaları ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri