Avropalı liderlər Ukrayna Prezidenti ilə ABŞ ın sülh təşəbbüsünü müzakirə ediblər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Berlin, 21 noyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer Amerika Birləşmiş Ştatlarının (ABŞ) müharibəyə son qoymağı hədəfləyən sülh təşəbbüsünü Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında müzakirə ediblər. Telefon söhbətində Vaşinqtonun münaqişənin dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirilsə də, danışıqlarda razılaşmanın yalnız Avropa tərəfdaşlarının birgə iştirakı ilə mümkün olacağı vurğulanıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü məlumat verib.
Məlumata əsasən, söhbət zamanı liderlər Ukraynanın suverenliyinə göstərilən dəstəyin və ölkəyə etibarlı təhlükəsizlik təminatları verilməsinə hazırlığın əhəmiyyətini qeyd ediblər. Tərəflər, həmçinin mövcud proseslərin Avropa ölkələri və ABŞ-la sıx koordinasiyada aparılması barədə razılığa gəliblər.
Müzakirələrdə Avropanın və Ukraynanın həyati maraqlarının uzunmüddətli qorunması hədəf kimi müəyyən olunub. Bu çərçivədə təmas xəttinin mümkün razılaşma üçün baza kimi qəbul edilməsi və Ukrayna Silahlı Qüvvələrinin suverenliyi müdafiə edə biləcək imkanlara malik olmasının zəruriliyi diqqətə çatdırılıb. Avropa dövlətlərini, Avropa İttifaqını və ya NATO-nu əhatə edən hər hansı qərarın yalnız Avropa müttəfiqlərinin yekdil razılığı ilə qəbul edilə biləcəyi xüsusi vurğulanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqdan sonra X sosial şəbəkəsində paylaşımında dörd ölkənin ABŞ tərəfindən irəli sürülmüş layihə üzərində birgə işləyəcəyini qeyd edib. O bildirib ki, bu sənəd Ukrayna üçün ədalətli və dayanıqlı sülh təmin etməlidir.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas isə vurğulayıb ki, Avropa İttifaqının prosesə dəstəyi bir sıra şərtlərlə bağlıdır. Onun sözlərinə görə, sülh planı həm Ukraynanın, həm də Avropa İttifaqının maraqlarını nəzərə almalıdır və yalnız tərəflərin birgə iştirakı ilə real nəticə verə bilər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















