Avropanı dəhşətə gətirən xəritə! Yüzlərlə hadisə araşdırıldı
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropanın 17 ölkəsindən olan jurnalistlər Rusiyaya bağlı olduğu ehtimal edilən təxribat cəhdləri, şübhəli dron uçuşları, hava məkanının pozulması və casusluq hadisələrini əhatə edən interaktiv xəritə hazırlayıblar.
Turkustan.az xəbər verir ki, araşdırma Avropa Yayım Birliyinin (EBU) Eurovision News Spotlight şəbəkəsinin koordinasiyası ilə aparılıb.
Araşdırmada Türkiyə istisna olmaqla, 17 Avropa ölkəsinin ictimai yayım təşkilatlarından olan jurnalistlər yüzlərlə hadisəni araşdıraraq sənədləşdiriblər.
2026-cı il aprelin 1-dən oktyabrın 15-dək qeydə alınan hadisələri əhatə edən araşdırmada Almaniya, Fransa, Polşa, Baltikyanı ölkələr və Qara dəniz bölgəsində baş verən insidentlər xüsusi diqqət çəkib.
Xəritədə hadisələr növlərinə görə təsnif edilib, onların Rusiya ilə mümkün əlaqələrinə dair qiymətləndirmələr də göstərilib. Araşdırma Avropada hibrid təhdidlər kimi nəzərdən keçirilən hadisələrin miqyasını və coğrafi yayılmasını izləməyə imkan verir.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Oktyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















