Avropanı gənclərin etirazı BÜRÜYÜB
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropanın bir sıra ölkələrində gənclərin etirazları sosial və iqtisadi problemlər səbəbindən uzun müddət davam edə bilər.
İşsizlik, mənzil qiymətlərinin artması, təhsil imkanları və pensiya sistemi ilə bağlı narazılıqlar nəsillər arasında gərginliyi artırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetinin təhlilində qeyd olunub. Təhlilə görə, Avropada əhalinin yaşlanması və iqtisadi artımın zəifləməsi dövlət vəsaitlərinin bölüşdürülməsi ilə bağlı mübahisələri gücləndirir. Gənclər gələcəyə daha çox sərmayə qoyulmasını, əlçatan mənzil və iş imkanlarının artırılmasını istəyirlər.
Yaşlı nəsil isə pensiyaların, sosial qayğı xidmətlərinin və sahib olduğu əmlakın dəyərinin qorunmasına önəm verir. Fransa, İspaniya, İngiltərə, Belçika və Albaniyada müşahidə olunan etirazların əsas səbəbləri arasında bu problemlər də yer alır. Oksford Universitetinin siyasi iqtisad professoru Tim Vlandasın fikrincə, yaşlı əhalinin sayının artması onun siyasi təsirini də gücləndirir. Alimin “gerontonomiya” adlandırdığı bu vəziyyətdə yaşlı nəslin iqtisadi maraqlarına üstünlük verilməsi iqtisadi durğunluğu daha da dərinləşdirə bilər.
Məlumata görə, Fransada gənclər arasında işsizlik təxminən 20 faizdir. Ölkə iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə artım göstərməyib. Dövlət xərclərinin təxminən dörddə biri pensiya sisteminə yönəldilir. İspaniyada gənclər arasında işsizlik 22 faizi ötüb, mənzil qiymətləri isə əməkhaqlarından daha sürətlə artır. İngiltərədə gənclər arasında işsizlik təxminən 16 faiz təşkil edir. Ölkədə pensiyaların əməkhaqlarından daha sürətlə artmasını nəzərdə tutan “üçlü kilid” sistemi də müzakirələrə səbəb olur.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 17 Oktyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















