Icma.az
close
up
RU
Avropanı militarizasiya ilə bağlı çətin qərarlar gözləyir

Avropanı militarizasiya ilə bağlı çətin qərarlar gözləyir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Avropa İttifaqının (Aİ) militarizasiyası prosesində sıçrayışa nail olmaq lazımdır və bu, cəsarətli və çətin qərarların qəbulunu tələb edəcək.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxışı zamanı deyib. Onun fikrincə, bu addım Rusiyanın qarşısını almaq üçün vacibdir.

O, həmçinin bildirib ki, yaxın dörd ildə Aİ-nin hərbiləşdirilməsi üçün Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq plan çərçivəsində hərbi sərmayələrin əksəriyyətini ittifaq ölkələri öz büdcələri və müstəqil kreditlər hesabına tapmalı olacaqlar.

Təhlükəsizlik böhranı

Avropanın təhlükəsizlik böhranı ilə üzləşdiyini deyən Ursula Fon der Lyayen bunun həm də yeni imkanlar açdığını və ittifaqın tarixən böhranlar üzərində qurulduğunu vurğulayıb.

Avropa Komissiyasının rəhbəri ümum-Avropa müdafiəsinin vaxtının gəldiyini və Avropa İttifaqının martın 6-da keçirilmiş sammitində hərbi həllər üzərində konsensus əldə olunduğunu qeyd edib.

Fon der Lyayenin “Ağ kitab”ı

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Avropa Parlamentindəki çıxışında həmin “çətin qərarların” müdafiə məsələləri üzrə “Ağ kitab”da təqdim olunacağını bildirib. Avropa Komissiyası tərəfindən hazırlanan “Ağ kitab” soyuq müharibədən sonra Avropanın hərbiləşdirilməsi üçün hərtərəfli strategiyaya çevrilməlidir.

Koşta hesab edir ki, Aİ-nin hərbiləşdirilməsi Avropa iqtisadiyyatına, sənayenin inkişafına və məşğulluğun artmasına böyük töhfə verəcək.

Valeri Aye: Ağ ev artıq müttəfiq deyil

Nə Ursula fon der Lyayen, nə də Antonio Koşta Avropanın təhlükəsizlik sistemində sarsıntının nədən ibarət olduğunu dəqiqləşdirməyib. Avropa Parlamentindəki liberal qrupun rəhbəri Valeri Aye isə sessiyada müzakirələr zamanı Ağ evin artıq müttəfiq olmadığını deyib. Onun sözlərinə görə, dünya artıq dəyişib və Avropa İttifaqı özünü müdafiə etməyə hazır olmalıdır. “Aİ şərqdə Rusiyanın, qərbdə isə ABŞ Prezidenti Donald Trampın qarşısını almalı və daxildə mühafizəkar qüvvələrlə mübarizə aparmalıdır”, - deyə Valeri Aye bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri