Avropanın 17 ölkəsinin XİN başçıları Gürcüstanla bağlı bəyanat yaydı
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropanın 17 ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının Ali nümayəndəsi Gürcüstandakı son hadisələrlə bağlı birgə bəyanat qəbul ediblər.
Gununsesi.info xəbər verir ki, sənədi Böyük Britaniyanın Gürcüstandakı səfirliyi yayıb.
Belçika, Çexiya, Danimarka, Estoniya, Finlyandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Latviya, Litva, Niderland, Norveç, Polşa, İspaniya, İsveç və Böyük Britaniyanın qoşulduğu bəyanatda Gürcüstanda “pisləşməkdə olan vəziyyət”lə bağlı dərin narahatlıq ifadə olunub.
Sənəddə bildirilib ki, Gürcüstan hakimiyyətinin apardığı siyasət 17 ölkə ilə münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi ilə nəticələnib.
“Biz Gürcüstan hakimiyyətini ədalətsiz olaraq saxlanılmış siyasətçilər, jurnalistlər və fəalları dərhal azadlığa buraxmağa, repressiv qanunvericiliyi ləğv etməyə və yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün bütün maraqlı tərəflərlərlə dialoqa başlamağa çağırırıq”, – bəyanatda deyilir.


