Avropanın 20 dövlətindən tələb: Deportasiya edilənlərin sayı...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Avropanın 20 dövləti Avropa Birliyinin (AB) Miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerə müraciət edərək Komissiyadan ölkədə qalmaq hüququ olmayan əfqan vətəndaşlarının geri qaytarılması üçün daha geniş imkanların yaradılmasını tələb edib.
Axar.az xəbər verir ki, sənədi imzalayanlar arasında Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt də var.
Məktubda bildirilib ki, ötən il Avropa Birliyində 22 min 870 əfqan vətəndaşı barəsində deportasiya qərarı qəbul edilsə də, onlardan cəmi 435-i Əfqanıstana geri qaytarılıb. Dövlətlər bu vəziyyətin qənaətbəxş olmadığını vurğulayaraq, Əfqanıstana könüllü və məcburi qayıdış məsələsinin AB səviyyəsində ümumi məsuliyyət kimi qəbul olunmasını zəruri hesab ediblər.
Belçikanın təşəbbüsü ilə hazırlanmış məktuba Almaniya ilə yanaşı, Niderland, Bolqarıstan, Estoniya, Finlandiya, Yunanıstan, İrlandiya, İtaliya, Litva, Lüksemburq, Malta, Avstriya, Polşa, Slovakiya, İsveç, Çexiya, Macarıstan və Kipr də imza atıb. Norveç də sənədi dəstəkləyən ölkələr arasında yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Oktyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















