Icma.az
close
up
RU
Avropanın Azərbaycana ehtiyacı var: Ölkəmizə qarşı atılan addımlar bumeranq effekti verə bilər

Avropanın Azərbaycana ehtiyacı var: Ölkəmizə qarşı atılan addımlar bumeranq effekti verə bilər

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq uzun müddətdir ki, Avropada Azərbaycana qarşı qərəz sistemli xarakter daşıyır. Əksər Avropa ölkələri, Avropa Komissiyası və bir sıra təşkilatlar anti-Azərbaycan siyasəti yürütməklə, regionda gərginlik yaratmağa çalışırlar.

Hətta müxtəlif zamanlarda Avropa Parlamentində Azərbaycan əleyhinə böhtan xarakterli qətnamə layihələri qəbul edilib, ölkəmizə qarşı əsassız fikirlər müzakirə obyektinə çevrilib.

Maraqlıdır ki, Avropanın ölkəmizə qarşı qərəzli münasibəti gələcəkdə hansı dəyişikliklərə yol aça bilər?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün Avropa məkanında mövcud olan strukturların əksəriyyətində Azərbaycana qarşı ciddi qərəzin olması açıq şəkildə görünür.

O bildirib ki, bu, ölkəmiz və beynəlxalq ictimaiyyət üçün bir sirr deyil. Baxmayaraq ki, Avropa Ermənistan məsələsində ölkəmizin atdığı addımların doğru olduğunu bilir:

"Avropa həmçinin sülh danışıqları məsələsində də Azərbaycanın mövqeyinin nə dərəcədə dürüst olması barədə məlumatlıdır. Lakin yenə də Avropa İttifaqındakı bəzi ölkələr, xüsusən də Fransanın qərəzli mövqeyi vasitəsilə Avropa məkanında anti-Azərbaycan mövqeyi formalaşdırmağa çalışırlar. Hesab edirəm ki, yeni dünya düzənində artıq bu cür qaydalar keçərli deyil".

Samir Hümbətov: Avropanın Azərbaycandan enerji asılılığı olduğu halda, qərəzli siyasi mövqeyi riyakarlıq nümunəsidir

S.Hümbətov vurğulayıb ki, bu gün Avropanın Azərbaycana ciddi şəkildə ehtiyacı var. Avropanın Azərbaycandan enerji asılılığı olduğu halda, qərəzli siyasi mövqeyi riyakarlıq nümunəsidir.

"Bu gün Avropa Komissiyasında və Qərbdə ölkəmizə qarşı olan münasibət Azərbaycan dövlətinin diqqətindən kənarda qalmır. Azərbaycan hadisələri diqqətlə izləyir. İstər Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə, istərsə də indiki zamanda Avropa tərəfindən bu cür ikiliyanaşmaların ortaya qoyulması Azərbaycanın münasibətlərə yenidən baxmasına səbəb ola bilər. Hətta Azərbaycanın Avropa ölkələrindən kənar yeni tərəfdaşlıqlar formalaşdırmasının siqnalı verilir. Yəni, ölkəmiz atılan addımlara adekvat cavab verərək, hərəkət edir. Avropa Komissiyasının Azərbaycana qarşı atdığı istənilən addım bumeranq effekti verə bilər", - deyə müsahibimiz qeyd edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri