Avropanın basketbol üzrə ən nüfuzlu klub turniri “İdman TV”də AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 noyabr, AZƏRTAC
“İdman TV” kanalı basketbol üzrə Avroliqa turnirini canlı yayımlayacaq.
Telakanaldan AZƏRTAC-a verilən məlumata görə, bu həftədən etibarən basketbol azarkeşləri Avropanın ən nüfuzlu turnirini bu telekanal vasitəsilə izləyə biləcəklər. Hər tur istənilən sayda oyunun yayımlanması hüququ var. Proqrama uyğun olaraq, telekanal maksimum sayda matçları canlı yayımlamağa çalışacaq.
Efirə gedəcək ilk oyun isə noyabrın 28-də Litvanın “Jalqiris Kaunas” və İspaniyanın “Baskoniya” komandaları arasında olacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Eyni gündə İspaniya nəhəngləri “Barselona” ilə “Real Madrid” arasında duel isə saat 23:45-də təqdim olunacaq.
Ertəsi gün isə Türkiyə təmsilçisi “Fənərbağça” ilə İtaliyanın “Olimpiya Milan” kollektivləri arasında oyun saat 21:45-də azarkeşlərə canlı yayımla təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















