Icma.az
close
up
RU
Avropanın ən arzuolunan şəhəri: İstanbulun sehrini kəşf edin

Avropanın ən arzuolunan şəhəri: İstanbulun sehrini kəşf edin

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

2026-cı ilə doğru irəlilədikcə dünyanın aparıcı səyahət platformalarında siyahılar gələn ilin səyahət trendlərini müəyyənləşdirəcək və turistlərin yeni marşrut planlarına ilham verəcək şəkildə dərc olunur.

Bakıvaxtı.az xəbər verir ki, mədəni müxtəlifliyi, dinamik həyatı və dörd mövsüm davam edən cazibəsi ilə tanınan Türkiyənin məşhur metropolisi İstanbul isə qlobal səyahət xəritəsində öz mövqeyini daha da möhkəmləndirir. Şəhər “Səyahət üçün 50 ən yaxşı məkan”, “Avropada şəhər turları üçün ilk 5 istiqamət” və “Ailələr üçün ən əlverişli şəhər turları” kimi nüfuzlu siyahıların zirvəsində və ya əsas mövqelərində yer alıb.

Ən son olaraq isə İstanbul, yalnız oxucuların səsverməsi əsasında müəyyən edilən 2025 Wanderlust Reader Travel Awards mükafatlandırma mərasimində “Avropanın ən arzuolunan şəhəri” nominasiyasında Qızıl Mükafata layiq görülüb. Mərasim Londondakı Milli Qalereyada keçirilib.

Səs verən oxucular İstanbul haqqında “hər səfərdə yenidən təəccübləndirən şəhər” ifadəsini işlədərək onun daim yenilənən, canlı və zamanın axınına meydan oxuyan bir istiqamət olduğunu vurğulayıblar. Artan beynəlxalq tanınma fonunda İstanbul 2026-cı il üçün səyahət planlarına ilham verməyə davam edir və dünyanın ən cəlbedici şəhərlərindən biri kimi öz mövqeyini qoruyur.

İstanbula səfər edən hər kəs üçün şəhərin nəfəskəsən gözəlliyini ən dolğun şəkildə hiss etməyin ən unudulmaz yolu şübhəsiz ki, Bosfor körfəzində qayıq turuna çıxmaqdır. Dünya şöhrətli bu boğaz boyunca səyahət edərkən hər iki sahili boyu düzülmüş tarixi sahilyanı köşklər – zərif memarlığı ilə seçilən məşhur “yalılar” – şəhərin özünəməxsus siluetini daha da möhtəşəm göstərir və ziyarətçilərə unudulmaz İstanbul xatirəsi bəxş edir.

İstanbulun gizli incilərindən biri olan Böyükada və digər Prens adaları isə şəhərin gur ritmindən uzaq, sakitlik və təbiət qoynunda istirahət imkanı yaradır. Yaxşı hava şəraitində bu adalar şəhərin səs-küyündən uzaq, təmiz hava, rəngarəng mənzərə və mədəni ruhun harmoniyasını hiss etmək istəyənlər üçün ideal istiqamətə çevrilir.

İstanbulun cazibəsini artıran ən mühüm cəhətlərdən biri isə, şübhəsiz, onun zəngin mətbəxidir. MICHELIN ulduzlu restoranlardan tutmuş ən sadə, amma dadına söz olmayan küçə yeməklərinə qədər şəhərdə hər təam İstanbulun çoxşaxəli kulinariya irsini və yaradıcı qastronomiya mədəniyyətini əks etdirir. Səyahətçilər günə dünyaca məşhur türk süfrəsi ilə başlaya, klassik kabab və məzələrin dadına baxa, Bosfor sahillərindəki balıq bazarlarını gəzə və fasilə zamanı türk paxlavası və ya lokumu ilə müşayiət olunan türk qəhvəsindən zövq ala bilərlər.

İstanbulda görüləcək və yaşanacaq təcrübələri maksimum etmək istəyənlər üçün “Bucket List” geniş seçim imkanı və ilhamverici istiqamətlər təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri