Icma.az
close
up
RU
“Avropanın ən yaşamalı şəhəri: Bern niyə birinci oldu?“ “ECA İnternational“

“Avropanın ən yaşamalı şəhəri: Bern niyə birinci oldu?“ “ECA İnternational“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Avropa şəhərləri yaşayış keyfiyyəti üzrə qlobal siyahıya liderlik edir..."

Qlobal yaşayış rahatlığı reytinqinin yeni nəticələrinə görə, dünyanın ən komfortlu şəhəri kimi İsveçrənin paytaxtı Bern seçilib. 

Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.

Avropanın üstünlüyü və reytinqin meyarları

Nəşr qeyd edir ki, "TimeOut"-un məlumatına görə, qiymətləndirmə təhlükəsizlik, yaşayış keyfiyyəti, tibb xidməti, infrastruktur və digər əsas göstəriciləri əhatə edib.

"ECA International" 2025-2026-cı illər üçün hazırladığı siyahıda 275 şəhəri təhlil edib. İnfrastrukturun vəziyyəti, havanın təmizliyi, səhiyyəyə çıxış imkanları, şəxsi təhlükəsizlik, siyasi sabitlik, sosial əlaqələr, istirahət imkanları, mənzil və kommunal xidmətlər, həmçinin iqlim əsas meyarlar sırasında olub.

Nəticə isə birmənalıdır: ilk 10 yeri tam olaraq Avropa şəhərləri tutub və siyahının lideri Bern seçilib. "ECA International" bunun "onilliklər boyu təmiz mühitə, güclü tibb sisteminə və yüksək səviyyəli nəqliyyat infrastrukturuna yatırılan sərmayələrin nəticəsi" olduğunu bildirir. Eyni zamanda, heç bir Avropa şəhəri siyahının sonuncu hissəsinə düşməyib.

Berni birinci edən nədir?

Bern Aare çayının əyri qolu üzərində salınmış, sakit və gözəl bir şəhərdir. Onun XII əsrə gedib çıxan Qədim Mərkəzi (Altstadt) UNESCO mirasıdır və şəhərin əsas rəmzlərindən sayılır. Populyar məkanlar arasında Freibad Marzili - şəffaf firuzəyi suyuna görə məşhur ictimai çimərlik zonası; Kulturzentrum Reitschule - konsertlər, teatrlar və kino nümayişləri ilə dolu alternativ mədəniyyət məkanını göstərmək olar.

Lakin İsveçrə yalnız yüksək həyat səviyyəsi ilə deyil, həm də bahalılığı ilə tanınır. ECA reytinqindəki bir çox şəhər eyni zamanda dünyanın ən bahalı kirayə və yaşayış xərclərinə sahib məkanlar sırasında yer alır. Yəni komfortlu həyat heç də ucuz başa gəlmir.

Dünyanın ən rahat və təhlükəsiz 10 şəhəri

1. Bern, İsveçrə

2. Kopenhagen, Danimarka

3. Stavanger, Norveç

4. Cenevrə, İsveçrə

5. Lüksemburq, Lüksemburq

6. Haaqa, Niderland

7. Vyana, Avstriya

8. Münhen, Almaniya

9. Dublin, İrlandiya

10. Lissabon, Portuqaliya

Turizm xəbəri: Veronada yeni qayda

İtaliyaya səfər planlaşdıran turistlər üçün bir yenilik də var. Veronanın məşhur "Göyərçin evi", yəni "Culietta evi"nə giriş artıq ödənişlidir. "Kapuletti" soyadının real "Dal Kapello" ailəsi ilə uyğunluğu səbəbilə turist axınına məruz qalan bu pallaçonun kiçik eyvanı Şekspir qəhrəmanlarının sevgi etirafları ilə assosiasiya edilir. Dekabrın 6-dan etibarən yeni qaydalar qüvvədədir: muzeyə bilet almadan həyətə daxil olmaq qadağandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri