Avropanın enerji təhlükəsizliyini təmin etməyə hazırıq
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Argentina Prezidenti Xavyer Miley əmindir ki, onun ölkəsi Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin etməyə qadirdir.
Milli.Az xəbər verir ki, Miley bu barədə Budapeştdə Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edərkən danışıb.
"Argentina hazırda Avropanın enerji təhlükəsizliyinə zəmanət verməyə qadirdir. Biz enerji investisiyaları sahəsində əsl "qızıl hərisliyi" görürük. Təsəvvür edin ki, 2030-cu ilə qədər enerji daşıyıcıları ixracımızın həcmi ildə 30 milyard dolları ötəcək", - o bildirib.
Miley hesab edir ki, Argentina Avropa ölkələri üçün etibarlı enerji tərəfdaşı rolunda çıxış etmək üçün kifayət qədər neft və təbii qaz ehtiyatlarına malikdir.
2025-ci ilin dekabrında Argentinanın "Southern Energy" şirkəti Almaniyanın SEFE ("Securing Energy for Europe") dövlət qurumu ilə Avropa bazarına mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü barədə ilk irimiqyaslı saziş imzalayıb. Müqavilənin şərtləri səkkiz il ərzində Avropaya 2 milyon ton MTQ göndərilməsini nəzərdə tutur ki, bu da Argentina iqtisadiyyatına 7 milyard dollar məbləğində daxilolmalar təmin etməlidir. /"Report"
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 22 Mart 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















