Avropanın gələcəyi İstanbul danışıqlarının nəticəsindən asılıdır
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Finlandiyanın baş naziri Petteri Orpo hesab edir ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar bütün Avropanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək. O, bunu Tiranada Avropa Siyasi Birliyinin altıncı sammitinə gələrkən jurnalistlərə açıqlamasında deyib.
"Avropanın bu gün burada toplanması çox gözəldir, lakin eyni zamanda Avropanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən danışıqlar prosesi bu gün İstanbulda irəliləyir", - Orpo bildirib.
Eyni zamanda, o qeyd edib ki, qarşıdan gələn danışıqlar fonunda Avropa İttifaqı ölkələri Tirandakı görüşləri ilə “Avropa Ukraynanın yanındadır” siqnalı verməlidir. Orponun fikrincə, Moskva və Kiyev əvvəlcə atəşkəslə bağlı razılığa gəlməli, daha sonra sülh danışıqlarına keçməlidir, bunun nəticəsi Şərqi Avropada “uzunmüddətli və davamlı sülh” olmalıdır.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















