Avropanın hava limanlarında kiberhücum nəticəsində ciddi gecikmələr qeydə alınıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 20 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın və Avropanın əsas hava limanları kiberhücumun hədəfinə çevrilib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, hücum nəticəsində bir sıra aviaşirkətlər məcburi olaraq reysləri gecikdirib, hətta bəzi uçuşları ləğv edib. Məlumata görə, hücum qeydiyyat və uçuşa buraxılış sistemlərini hədəf alıb və bu səbəbdən əməliyyatlar ciddi şəkildə pozulub. Hitrou, Brüssel və Berlindəki hava limanlarında gecikmələr müşahidə olunub.
Brüssel Hava Limanı 10 reysin ləğv edildiyini, 17 reysin isə bir saatdan çox gecikdiyini açıqlayıb. Rəsmilər problemin nə vaxt aradan qaldırılacağı barədə dəqiq məlumatın olmadığını bildiriblər. Avtomatlaşdırılmış sistemlər işləmədiyi üçün hava limanı əməkdaşları sərnişinlərin qeydiyyatını və uçuşa buraxılış prosedurlarını əl ilə aparmalı olub.
Hitrou hava limanı da üçüncü tərəf təminatçısında yaranmış texniki problem səbəbindən gecikmələr ola biləcəyi barədə xəbərdarlıq edib: “Qeydiyyat və uçuşa buraxılış sistemlərini qlobal miqyasda bir neçə aviaşirkət üçün təmin edən Collins Aerospace texniki nasazlıqla üzləşib və bu, sərnişinlərin uçuşunda gecikmələrə səbəb ola bilər”, - deyə hava limanından verilən açıqlamada bildirilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















