Icma.az
close
up
RU
Avropanın məşhur qlobal media portalı Azərbaycandan yazdı FOTOLAR

Avropanın məşhur qlobal media portalı Azərbaycandan yazdı FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın aqrar iqtisadiyyat sahəsində qlobal tutumlu media portalı “FreshPlaza” özünün almandilli seqmentində İsveçrənin “iCsquared GmbH” şirkətinin Azərbaycan iqtisadiyyatının aqrar sektorunda apardığı iqtisadi fəaliyyəti və Azərbaycan iqtisadiyyatının xarici investorların gözündən yeni imkanlar üçün episenter olması haqda geniş məqalə dərc edib.
Demokrat.az-
ın məlumatına görə, şirkətin vitse-prezidenti və “WASSERSTEIN” Plantasiyaları Layihələrinin Baş koordinatoru xanım Camel Nampiyya və şirkətin Baş icraçı direktoru Ayaz Bayramov məqalədə bildirirlər ki, İsveçrənin “iCsquared GmbH” şirkəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji Baxış: Avrasiya” sessiyasında Azərbaycan iqtisadiyyatı haqda təqdimatı onları ruhlandırıb və İlham Əliyevin 2019-cı ildə Davosda İsveçrə Konfederasiyasının Prezidenti ilə keçirdiyi ikitərəfli görüşündən sonra onlar Azərbaycanı MDB və Yaxın Şərq regionları üçün hub hesab edərək, öz regional filialını məhs Azərbaycanda açmaq qərarına gəliblər. 2019-cu ildən bəri şirkətin filialı “iCsquared GmbH Azerbaijan” ölkəmizdə fəaliyyətini uğurla davam etdirir, MDB, həmçinin Yaxın Şərq bazarlarındakı əməliyyatlarını məhs Azərbaycandan idarə edirlər. 
Məqalədə bildirilir ki, şirkət Azərbaycanda İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən idxalın əvəzedilməsi strategiyasını dəstəkləmək üçün 2021-2022-ci il mövsümündə Azərbaycanda yerfındığı pilot plantasiyasını həyata keçirmiş və son 3 mövsümdə məhsul həcmini 25 dəfə artırıblar. 
“Biz hələ ilkin məhrələdəyik və gələcəkdə şirkət tərəfindən 2,500-3,000 hektar ərazidə yerfındığı plantasiyaları salınacaq və “WASSERSTEIN LOPAFA” yerli-fermer tərəfdaşları proqramı çərçivəsində isə daha 20,000 hektar sahədə yerli-fermer tərəfdaşlar tərəfindən salınacaq plantasiyaların dəstəklənməsini planlaşdırırıq. Həmçinin, Azərbaycanda daxili bazarı təchiz etmək üçün 1,000-1,200 hektar kartof, ixrac təyinatlı 50 hektar qulançar və 50 hektar enginar plantasiyaları və 30 hektar sahədə isə qoz bağları salmağı düşünürük. Biz, gələcəkdə qurulacağımız və illik emal həcmi 100,000 ton olan yerfındığı emalı zavoduna malik Azərbaycanı yerfındığı üzrə hazırda idxalatçı ölkədən yaxın gələcəkdə MDB, Yaxın Şərq və Avropa İttifaqı bazarları üçün ixracatçı ölkəyə çevirəcəyik", deyə şirkət nümayəndələri bildirib. 
Məqalədə pilot layihənin Şəmkir rayonunda məskunlaşmış və yerfındığı əkini sahəsində təcrübəsi olan Məshəti türkləri, fermerlərlə uğurlu işbirliyindən də bəhs edlib.
İqtisadiyyat Nazirliyinin dəvəti ilə şirkət rəhbərləri COP29 çərçivəsində Azərbaycanda olub və işgüzar səfər müddətində Ağstafa rayonun icra başçısı Seymur Orucovla görüşüblər. Ağstafa rayonunda Ağstafa Beynəlxalq Aqro Klasterləri (ABAK) platformasında 2024-2025-ci il mövsümdə yerfındığı, qulançar, enginar plantasiyaları, qoz və pavloniya bağları salacaqlarını və Ağstafada gələcəkdə 1,000 hektar ərazidə yerfındığı plantasiyasına dair razılıq əldə edilməsi məqalədə xüsusi vurğulanıb.
Emal zavodu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentiliyinin Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı”nda İsveçrənin “Bühler Group”u tərəfindən istehsal edilən və Avropa standartlarının tələblərinə cavab verən İsveçrə-Alman texnologiyası ilə qurulması da məqalədə öz əksini tapıb. Kiçik həcmli emal müəssisələrindən birinin də ABAK-da qurulması və bununla da Azərbaycanın şimal-qərb rayonlarını və Gürcüstan bazarlarını yerfındığı ilə təchiz edəcəkləri məqalədə əks olunub.
Şirkət gələcəkdə Avropa bazarlarına öz məhsulları ilə çıxdığı zaman beynəlxalq nəqliyyat xərclərinin optimallaşdırılmasında Zəngəzur Dəhlizinin mühüm rolunu xüsusilə vurğulayıb. Onların sözlərinə görə Zəngəzur dəhlizi vasitəsilə Türkiyənin Mersin Limanına birbaşa çıxış əldə etməklə Aralıq dənizi vasitəsilə Avropaya optimal çıxış əldə ediləcək və bu da onların ixrac əməliyyatları zamanı beynəlxalq nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə aşağı salaraq məhsullarını ixrac bazarları üçün rəqabətqabiliyyətli edəcək. Məqalədə Azərbaycan üzərindən Özbəkistana da daxil olub orda da İsveçrə-Alman texnologiyasından istifadə edərək Avropa standartlarında yerfındığı emal etməyi, Rotterdam limanındakı Azad Zonada isə qablaşdırma, xüsusilə Azərbaycan yerfındığının qovurularaq və duzlanaraq tənəkə qablarda qablaşdıraraq Avropanın aparıcı pərakəndə şəbəkələri hesab edilən “COOP”, “Migros”, “EDEKA”, “Essenlunga” və digər şəbəkələrinə və HORECA seqmentinə daxil olacaqları haqda da şirkət rəhbərliyi planlarını açıqlayıb.
Məqalədə Azərbaycanın aparıcı pərakəndə şəbəkələrini və qənnadı fabrikasını özündə birləşdirən Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ilə şirkətin məhsullarının, xüsusilə yerfındığının “Araz” və “OBA” pərakəndə şəbəkələr zəncirlərinə və “Ulduz” qənnadı fabrikasına təchiz edilməsinə dair Anlaşma Memorandumunun artıq imzalandığı öz əksini tapıb. “30 ildən artıq təcrübəsi olan VŞQ-ın təsisçisi və Baş icraçı direktoru cənab Aydın Talıbov bizim layihələrə hər zaman dəstək vermişdir. O və onun komandası bizim palntasiyalar və emal müəssisələri planlarımızın həyata keçirilməsini davamlı olaraq dəstəkləyirlər”, deyə şirkət nümayəndələri bu dəstəyi xüsusilə vurğulayıb.
Xanım Nampiyya bildirib: "Bizim qısa müddətdəki fəaliyyətimiz bir daha isbat edir ki, Avropalı investorlar və şirkətlər Azərbaycan bazarına rahat giriş edə və Azərbaycandan regional bazarlara xidmər edə bilərlər. Beynəlxalq nəqliyyat dəhlizlərlərinin üzərində yerləşən Azərbaycan qlobal bazarlara əlçatımlığı ilə plantasiyalar və emal müəssisələr üçün huba çevrilməkdədir. Azərbaycanda aparılan davamlı iqtisadi islahatlar bu ölkəni yeni iqtisadi imkanların əldə edilməsi üçün episentrə çevirilib".
FreshPlaza - dünyada meyvə və tərəvəz, kənd təsərrüfatı məhsulları və aqrar iqtisadiyyat sahəsində gündəlik xəbərlər, analitik təhlil və müxtəlif ölkələrdə kənd təsərrüfatı sahəsində əldə edilən uğurlar və təcrübələr haqda məlumatlar yayımlayan global media portalıdır. 2005-ci ildə əsası Niderlandda qoyulan portal ingilis, alman, italyan, fransız, ispan və çin dillərində olmaqla qlobal yayım edir. 300 mindən çox daimi abunəçisi olan portala dünyanın hər yerindən həftəlik 1 milyona yaxın fermer baxış edir və Avropa, Amerika, Asiya, Yaxın Şərq və Afrikada geniş auditoriyası vardır.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri