Avropanın müdafiə sənayesi şirkətlərinin səhmləri ucuzlaşıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin, 19 avqust, AZƏRTAC
Avropanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərinin səhmləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonda keçirilən görüşdən sonra ucuzlaşmağa başlayıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, buna səbəb həmin görüşdən sonra bir çox investorun müharibənin başa çatacağına dair gözləntilərlə əlaqədar səhm və istiqrazlarını satmaq barədə qərar qəbul etməsidir.
Məlumata görə, Almaniyanın nəhəng silah istehsalçısı “Rheinmetall” DAX indeksində ən çox dəyər itirən şirkət olub. Onun səhmləri 4,2 faiz ucuzlaşıb. MDAX indeksində isə tank ötürücü sistemlər istehsalçısı “Renk” və hərbi texnologiya təchizatçısı “Hensoldt”un hər birinin səhmləri 5 faizdən çox ucuzlaşıb. Fransanın “Thales” şirkəti 3, İsveçin SAAB konserni isə 4 faizdən çox dəyər itirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:53
Bu xəbər 19 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















