Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Avropanın neftə tələbatı artır...

Avropanın neftə tələbatı artır...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni neft sazişləri imzalayan Azərbaycan qlobal enerji təminatçısı kimi mövqeyini möhkəmləndirmək niyyətindədir

Avropanın bir sıra dövləti “yaşıl enerji” istehsalı kursunu dəyişərək neft və qaz istehsalını artırmaq qərarına gəlib. Yunanıstan, İtaliya və Kipr enerji təhlükəsizliyini təmin etmək məqsədilə neft və qaz kəşfiyyatını həyata keçirməyə başlayıb. Yunanıstanın “Energean Group” şirkətinin rəhbəri Matiosa Riqasa bildirib ki, 7 il əvvəl “yaşıl enerji” istehsalına daha çox sərmayə yatırılırdısa, hazırda ənənəvi enerjiyə kapital axınlarının artımı müşayiət edildi. Bunun əsas səbəblərindən biri kimi istehsal olunan alternativ enerjinin tələbatı ödəyə bilməməsidir. Bu baxımdan iri neft şirkətləri, xüsusilə də “ExxonMobil” kimi nəhəng korporasiyalar yeni kəşfiyyat işlərinə start verib. Amerikan şirkəti Yunanıstanın qərb bölgələrində kəşfiyyat işlərini genişləndirib. M. Riqasa nəzərə çatdırıb ki, bu gün Avropa qitəsi enerji təminatı baxımından əziyyət çəkir. Qiymətlər hər gün yüksəlir ki, bu da ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərir.

İkinci neft bumuna keçid

Mövcud tendensiyalar Azərbaycanda da neft hasilatının artırılması üçün qlobal sərmayədarlarla imkanların səfərbər edilməsini aktuallaşdırır, yeni neft-qaz sazişlərinin imzalanmasını zəruri edir. Bu məsələyə Prezident İlham Əliyev də diqqət çəkib, ötən ay İsveçrədə keçirilən Davos İqtisadi Forumunda təşkil edilən sessiyada neft hasilatı ilə bağlı fikirlər səsləndirib. Ölkəmizdə neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımızın olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr verdiyi halda Azərbaycanda ikinci neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var.

Yeni neft bumu üçün əsaslı hüquqi-iqtisadi baza mövcuddur, 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”- “Çıraq”- “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Eləcə də son illərdə SOCAR bir neçə xarici korporasiya ilə sazişlər imzalayıb.

Davos Forumunda SOCAR-ın rəhbərliyinin iştirakı ilə dünyanın tanınmış enerji və marketinq icmasının nümayəndələri ilə keçirilən görüşlərdə də Azərbaycanda müasir enerji layihələri barədə  müzakirələr aparılıb. Görüşlərdə neft-qaz hasilatında “yaşıl texnologiya”ların tətbiqi, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzularda əməkdaşlıq imkanlarına toxunulub. Tədbir çərçivəsində SOCAR-la İsveçrənin “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb. Sənədə əsasən, tərəflər müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcəklər. Bu xüsusda, istehsal, daşınma və satış zəncirinin bütün mərhələlərini əhatə edən vahid və rəqəmsal nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulur. “SICPA SA” şirkəti ilə əməkdaşlıq yeni həllər, enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək. Bu saziş də məhz yeni neft bumu üçün nəzərdə tutulub.

ABŞ-la birgə Xəzərdə yeni layihələr

Xəzər dənizində modernləşdirmədə əsas rol oyanayan bp şirkəti innovasiyayönümlü istehsala keçid sayəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda əlavə olaraq 2 milyard bareldən çox neft hasil etməyi planlaşdırır. Şirkətin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynovun sözlərinə görə, AÇG-nin gələcək hasilat potensialını artırmaq üçün kompleks yenilənmə və yeni texnologiyaların tətbiqi davam etdirilir. Yatağın statik və dinamik modelləşdirilməsi daha da təkmilləşdirilib. 700-dən çox quyudan toplanmış məlumatlar və 16 min metrdən artıq DTS nəticələri mürəkkəb layların dəqiq xəritələndirilməsinə imkan verib. Bunun nəticəsində təqribən 300 min barel əlavə hasilat potensialı yaranıb və potensial daha da artmaqdadır.

Azərbaycanın Xəzərdə ən modern emal texnologiyalarını tətbiq etməsində yaxın tərəfdaşlarından biri ABŞ-dır. SOCAR və ABŞ-ın “SLB” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.

25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.

Yeri gəlmişkən, Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandumun bir istiqaməti də enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Eləcə də SOCAR və “ExxonMobil” korporasiyası arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum”ABŞ-ın məşhur enerji korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına dair yol xəritəsidir. “Exxon” şirkəti Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması üçün “EXIM Bank”ı da prosesə qoşacaq ki,  bu da nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.

Enerji sənayesində yeni yanaşmalar tətbiq olunur

Xarici korporasiyalarla yeni əməkdaşlıq sazişlərinin məqsədi neft hasilatının dayanıqlılığını təmin etmək, enerji sənayesinə yeni yanaşmalar gətirməkdir. Çünki asan neft dövrü başa çatıb və Xəzərdə yataqların məhsuldarlığını saxlamaq üçün müasir texnologiyaya ehtiyac var. Xəzər hövzəsi texniki cəhətdən ən maraqlı və strateji baxımdan vacib bölgələrdən biri olaraq qalır və bu amil dənizin zəngin neft zonası kimi əhəmiyyətini təsdiqləyir. Ona görə də, müasir texnoloji sıçrayışlar fonunda neft sənayesinin yeni innovasiyalara ehtiyacı artıb və hazırda  yeni ideya və yanaşmalar da bu səmtə istiqamətlənib. Bu istiqamətdə Azərbaycanın əsas enerji partnyoru olan bp şirkəti Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə texnologiyası tətbiq edəcək. Bu innovativ metodlar hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək.

Beləliklə, Xəzərin enerji resurslarının artması ənənəvi enerjiyə tələbatların artan Avropa dövlətlərinin enerji təhlükəsizliyini daha da möhkəmlənməsi üçün də mühüm əhəmiyyət daşımaqla, Azərbaycanın sadiq təchizatçı kimi uzun illər regional üstünlüyünü təmin edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see370

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see326

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see318

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see287

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see286

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see262

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see249

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see242

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see241

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see209

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see184

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri