Icma.az
close
up
RU
Avropanın səkkiz ölkəsi İsrailin Qəzza zolağının işğalı planlarına qarşı çıxıb

Avropanın səkkiz ölkəsi İsrailin Qəzza zolağının işğalı planlarına qarşı çıxıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İslandiya, İrlandiya, Lüksemburq, Malta, Norveç, Portuqaliya, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail hökumətinin Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək barədə son açıqlamasını pisləyiblər.

"Report"un xəbərinə görə, xarici siyasət idarələrinin rəhbərlərinin bu barədə müvafiq bəyanatı Norveç Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Bəyanatda İsrailin qərarının humanitar böhranı daha da ağırlaşdıracağı və Qəzzada qalan israilli girovların həyatını təhlükə altına atacağı vurğulanıb. Nazirlər bildiriblər ki, əməliyyat həm də qəbuledilməz dərəcədə çoxlu sayda itkiyə səbəb olacaq və bir milyona yaxın fələstinli mülki vətəndaşı didərgin salmağa məcbur edəcək.

“Hərbi hücumun intensivləşdirilməsi və Qəzza zolağının işğalı hərtərəfli, ədalətli və davamlı sülhə aparan yeganə yol olan iki dövlətli həll variantının həyata keçirilməsinə ciddi maneədir”, - bəyanatda bildirilib.

Avropalı nazirlər əmindirlər ki, Qəzza zolağı Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili ilə birlikdə Fələstin dövlətinin tərkib hissəsi olmalı, Fələstin və İsrailin tanınması hər iki tərəf üçün təhlükəsizliyin ən yaxşı təminatıdır. Onlar düşünürlər ki, bu, regionda sabitliyi təmin edəcək. Bundan əlavə, dərhal atəşkəs razılaşması əldə edilməli, döyüşlər dayandırılmalı və HƏMAS-ın girov götürdüyü şəxslər azad edilməlidir. Ölkələr, həmçinin humanitar yardımın sürətlə və genişmiqyaslı axınına çağırıblar. Eyni zamanda, HƏMAS-ın Qəzza zolağının gələcək idarəçiliyində və ya təhlükəsizliyində heç bir rol oynaya bilməyəcəyi və tərksilah edilməli olduğu vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Avqust 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri