Icma.az
close
up
RU
Avropanın strateji tərəfdaşlar axtarışı

Avropanın strateji tərəfdaşlar axtarışı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizin Aİ ilə münasibətləri sülh şəraitində yeni mərhələyə keçir

Son illər qlobal geosiyasətdə baş verən dəyişikliklər Avropa ilə Cənubi Qafqaz arasında münasibətləri yeni müstəviyə daşıyıb. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və təhlükəsizlik arxitekturasında transformasiyalar fonunda Azərbaycan–Avropa İttifaqı əlaqələri yenidən aktuallaşıb. Bu kontekstdə Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında keçirilən görüş diqqət çəkir. 

Məhz bu görüş tərəflər arasında strateji dialoqun dərinləşməsinin rəmzi kimi yadda qaldı. Məsələyə ümumi yanaşsaq, Azərbaycan–Aİ münasibətlərinin bugünkü dinamikasının təsadüfi olmadığını görmək mümkündür. Proses həm beynəlxalq sistemdə güc balansının dəyişməsi, həm də Avropa İttifaqının enerji və təhlükəsizlik siyasətində yaşanan struktur böhranla bağlıdır. Əgər bir neçə il öncə tərəflər arasında müəyyən soyuqluq müşahidə olunurdusa, bu gün daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mərhələsi başlayıb. Münxen görüşü sözügedən istiqamətdə bir neçə mühüm mesaj verdi. Birincisi, Avropa İttifaqı Azərbaycanla dialoqun intensivləşdirilməsində maraqlıdır. İkincisi, Bakı Brüssellə münasibətləri sistemli və uzunmüddətli əsasda inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. Kaya Kallasın mövqeyi göstərdi ki, Aİ regionda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu qəbul edir. Sözügedən mövqe Brüsselin əvvəlki illərdə daha çox normativ ritorikaya əsaslanan yanaşmasından fərqli olaraq, real güc balansını nəzərə alan siyasətə keçiddən xəbər verir.

Azərbaycan–Aİ münasibətləri həmişə sabit xətt üzrə inkişaf etməyib. Xüsusilə 2014–2020-ci illər arasında müəyyən siyasi gərginlik yaşanıb. Avropa Parlamentində qəbul edilən bəzi qətnamələr, insan hüquqları ilə bağlı birtərəfli yanaşmalar və regiondakı münaqişəyə münasibətdə balanssız ritorika Bakıda narazılıq doğururdu. Həmin dövrdə Brüssel daha çox normativ güc kimi çıxış edir, siyasi şərtlər irəli sürürdü. Bakı isə suverenlik və daxili işlərə qarışmama prinsipini ön plana çəkirdi. Məhz bu ziddiyyət münasibətlərin müəyyən mərhələdə soyumasına səbəb olmuşdu. Amma 2020-ci ildən sonra regionda yaranan yeni reallıqlar Avropa İttifaqını mövqeyini yenidən nəzərdən keçirməyə vadar etdi. Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra Cənubi Qafqazda geosiyasi status-kvo dəyişdi, Brüssel proseslərə kənardan baxmağın yanlışlığını anladı. 

Bir məqamı da vurğulayaq ki, hazırkı mərhələdə Avropa İttifaqının qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik və enerji sahəsində ABŞ-dan asılılığın azaldılmasıdır. Trans-Atlantik münasibətlər güclü olaraq qalır, lakin Vaşinqtonun prioritetlərinin dəyişməsi Avropanı daha müstəqil strateji xətt formalaşdırmağa sövq edir. Bu məqamda Azərbaycan Avropa üçün mühüm tərəfdaş kimi üzə çıxır. Çünki ölkəmiz sabit siyasi sistemə malikdir və uzunmüddətli müqavilələrə sadiqliyini sübut edib. Eyni zamanda, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Brüssel artıq anlayır ki, Cənubi Qafqazı kənarda qoyaraq Avrasiya məkanında nüfuzunu genişləndirmək mümkün deyil. Azərbaycan isə regionun aparıcı aktoru kimi bu prosesdə açar rola malikdir. Yüksək səviyyəli təmasların artması etimad mühitinin bərpasına xidmət edir. Münxen görüşü də bu prosesin davamıdır. Artıq hər iki tərəf bir-birinə qarşılıqlı maraqlar prizmasından yanaşır. Şübhəsiz, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan münasibətlər daha davamlı olur. Amma bir məsələni də qeyd edək ki, Azərbaycan Avropa ilə əməkdaşlığı strateji seçim kimi görsə də, bu əməkdaşlıq bərabərhüquqlu əsasda qurulmalıdır. Brüsselin son addımlarından bu reallığın qəbul edildiyini söyləmək mümkündür. Gələcək mərhələdə təhlükəsizlik dialoqunun genişlənməsi güman edilir. Çünki Avropa İttifaqı Şərq tərəfdaşlığı məkanında nüfuzunu artırmaq niyyətindədir ki, proses, sadəcə, siyasi legitimlik və regional aktorların razılığı ilə mümkündür. Digər mühüm məqam siyasi kommunikasiya kanallarının davamlı açıq saxlanılmasıdır. Münxen görüşü göstərdi ki, yüksək səviyyəli dialoq etimad mühitinin formalaşmasında həlledici rol oynayır. Belə təmasların intensivləşməsi gələcəkdə fikir ayrılıqlarının qarşısını vaxtında almağa imkan verəcək.  

Avropa İttifaqı hazırda qlobal sistemdə öz yerini yenidən müəyyənləşdirir. Daxili siyasi çağırışlar, miqrasiya məsələləri və təhlükəsizlik riskləri fonunda Brüssel üçün etibarlı regional tərəfdaşlarla əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Azərbaycan ardıcıl xarici siyasət xətti və regional təşəbbüskarlıq baxımından Avropa üçün uyğun aktordur. Yəni yaxın perspektivdə nikbinlik üçün əsaslar kifayət qədərdir. Tərəflər artıq münasibətləri rasional strateji hesablamalar əsasında qururlar. Bu isə əməkdaşlığın daha uzunömürlü olacağına işarədir. Ehtimal edilir ki, yaxın illərdə Azərbaycan–Aİ münasibətləri siyasi koordinasiya səviyyəsində daha sıx xarakter alacaq. Birgə bəyanatlar və əməkdaşlıq mexanizmləri real siyasi koordinasiyanın göstəricisinə çevriləcək. Ən vacibi isə odur ki, tərəflər bir-birini regionun təhlükəsizlik arxitekturasında mühüm subyekt kimi qəbul edirlər. Bir zamanlar müşahidə edilən soyuq ton artıq konstruktiv dialoqla əvəzlənib. Sözsüz ki, bu da geosiyasi reallıqların diktə etdiyi məntiqi nəticədir.

Hüseyn SULTANLI, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

Bir sıra siyasi təlatümlərlə müşayiət olunan mərhələdən sonra Azərbaycan–Aİ əlaqələri yeni dinamika qazanır. Azərbaycan və Ermənistan normallaşma prosesini Donald Tramp administrasiyasının birbaşa dəstəyi ilə ikitərəfli əsasda davam etdirdiyi bir şəraitdə, Aİ regional təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılmasına töhfə vermək üçün səylərini məqsədyönlü şəkildə cəmləşdirmək imkanı əldə edir. 

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İlham Əliyevlə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrin əhəmiyyətini bir daha vurğulayıb. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Aİ üzvüdür. Bununla yanaşı, Azərbaycan xarici siyasətinin digər istiqamətlərində olduğu kimi, əməkdaşlığı yalnız bir sahə və ya istiqamətlə məhdudlaşdırmır. Kommunikasiya və nəqliyyat xətlərinin açılması Aİ üçün normallaşma prosesini məqsədyönlü və ardıcıl investisiyalar vasitəsilə dəstəkləmək baxımından mühüm imkan yaradır. Xüsusilə Aİ-nin Orta Dəhlizə önəm verməsi və Azərbaycanın bu çərçivədə formalaşan nəqliyyat qovşağı rolunun güclənməsi bu imkanı daha da aktuallaşdırır.

Bugünədək verilmiş bir sıra açıqlamalar Aİ-nin prosesə töhfə vermək niyyətini təsdiqləyir. Bu yaxınlarda genişlənmə üzrə Avropa komissarı Marta Kos Naxçıvanda dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə bağlı Azərbaycanla müzakirələrin davam etdiyini bildirib. Layihənin beynəlxalq maliyyə institutları və özəl investorlar üçün böyük maraq doğurduğunu vurğulayan komissar artıq başlanmış regional transformasiya prosesinin sürətləndirilməsində Aİ və onun resurslarının potensial roluna da diqqət çəkib. Beləliklə, artan iqtisadi qarşılıqlı asılılığın Cənubi Qafqazın müxtəlif beynəlxalq aktorlar üçün investisiyaya açıq və davamlı əməkdaşlıq məkanına çevrilməsinə töhfə verəcəyi şəksizdir. Aİ bu transformasiyada iştirak etməkdə maraqlı olduğunu nümayiş etdirir. Bu yaxınlarda elan olunmuş Regionlararası Bağlantılar Proqramı təşəbbüsü Aİ-nin Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üzrə fəaliyyətini uzlaşdırmağı hədəfləyir və həmin bölgələrin Aİ-nin xarici siyasət baxışında mühüm yer tutduğunu təsdiqləyir. Bakının formalaşmaqda olan regional güc statusunu nəzərə aldıqda, Azərbaycan–Aİ münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə dair əsaslı nikbinlik üçün zəmin yaranıb.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri