Icma.az
close
up
RU
Avropanın Ukrayna ilə bağlı gizli planı

Avropanın Ukrayna ilə bağlı gizli planı

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Agentlik bildirib ki, avropalılar bu variantı təxminən bir il əvvəl nəzərdən keçirməyə başlayıblar, indi isə ABŞ prezidenti Donald Trampın onlardan tez davranıb Rusiya ilə razılığa gələcəyindən ehtiyatlanaraq hərəkətə keçiblər. Böyük Britaniya və Fransanın müzakirələrdə ən fəal iştirakçılar olduğu bildirilir. Lakin planın təfərrüatları məlum deyil.
Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib ki, Avropa İttifaqı (Aİ) plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin harada olacağını göz önünə gətirməlidirlər. Onun sözlərinə görə, əgər Rusiya və Ukrayna cəbhə xəttindəki qüvvələrini hər iki tərəfdən “bir neçə minlik” əsgərə qədər ixtisar etsələr, o zaman Avropa qoşunlarının orada yerləşdirilməsini təmin etmək problem deyil, amma qızğın münaqişə olarsa, vəziyyət daha da mürəkkəbləşəcək.
AP yazır ki, Avropa hərbi kontingentinin böyüklüyü sülh sazişinin şərtlərindən asılıdır. Ukrayna prezidenti Vladimir Zelenski təkidlə azı 100-150 min hərbçi istəyir. Mətbuatda 30-40 min hərbçi haqqında fərziyyələr var, lakin Avropa rəsmiləri bu rəqəmləri təsdiqləməyib. Agentlik hesab edir ki, Aİ "böyük miqyaslı qüvvələr toplamağa çətinlik çəkəcək və əlbəttə ki, buna vaxt lazımdır".
Bir gün əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Rusiya münaqişəni həll etməkdən imtina edərsə, Amerika qoşunlarının Ukraynaya göndəriləcəyini demişdi. Lakin sonradan onun sözlərinə təkzib gəldi. Pentaqon ABŞ hərbçilərinin Ukraynaya yerləşdirilməsini istisna edib.
Röya Əliyeva
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Fevral 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri