Avropanın Ukrayna müharibəsində dönüş yaratmaq üçün şansı yaranıb Atlantic Council
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, mərkəzin təhlilinə görə, Ukraynanın hazırkı mövqeyi müharibənin başlanmasından bəri ən əlverişli mərhələlərdən birindədir.
Bildirilir ki, Rusiya artıq əvvəlki kimi təşəbbüsə malik deyil və yaranmış vəziyyət Moskva üzərində təzyiqi artırmaq üçün istifadə oluna bilər. Bu fürsət uzun müddət davam etməyə bilər. Buna görə də Avropa ölkələri Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini artırmalı, daha çevik və qətiyyətli qərarlar qəbul etməlidirlər.
Mərkəzin əsas tövsiyələrindən biri Ukraynanın müdafiə sənayesinin gücləndirilməsidir. Analitiklər hesab edirlər ki, Avropa yalnız mövcud silah ehtiyatlarının göndərilməsi ilə kifayətlənməməli, Ukraynada müdafiə istehsalının inkişafına uzunmüddətli maliyyə və texnoloji dəstək göstərməlidir.
Təhlildə Ukraynada hərbi kadr çatışmazlığı məsələsinə də xüsusi diqqət ayrılır. Bildirilir ki, hərbi xidmətə cəlbetmə, şəxsi heyətin saxlanılması və xidmət şəraitinin yaxşılaşdırılması üçün əlavə maliyyə resursları tələb olunur.
"Atlantic Council" Avropanın Ukraynaya müasir texnologiyalara, o cümlədən süni intellekt, elektronika və qabaqcıl rabitə sistemlərinə çıxış imkanlarını genişləndirməsinin vacibliyini də vurğulayır.
Mərkəz hesab edir ki, müharibənin yaratdığı psixoloji travmalar da strateji problemə çevrilib və Ukrayna hərbçilərinin reabilitasiyası uzunmüddətli dəstək proqramlarının mühüm hissəsi olmalıdır.
Analitiklərin fikrincə, Avropa qarşıdakı dövrdə həm Ukraynaya dəstək verməli, həm də Rusiyaya qarşı sanksiyaların icrasını gücləndirməlidir. Bu addımlar yalnız Ukraynanın müdafiəsinə yardım deyil, eyni zamanda Avropanın qlobal təhlükəsizlik sahəsində rolunu müəyyənləşdirəcək mühüm sınaqdır.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















