Avroparlamentin sabiq vitse prezidenti: Azərbaycandan öyrənəcəyimiz dərslər var
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu forum həqiqətən çox önəmlidir və kritik bir dövrdə keçirilir. Hazırda Azərbaycan geosiyasi məsələlərin mərkəzindədir, həm də dünyada böyük təsirə malik olan bir konfliktin qonşuluğundadır".
Bu sözləri Oxu.Az-a açıqlamasında XIII Qlobal Bakı Forumunda iştirak edən Parlament Qadınlarının Qlobal Forumunun prezidenti, Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrin deyib.
O, Azərbaycanın həm enerji istehsal edən ölkələrdən biri kimi, həm də keçid enerjisi sahəsində mühüm rol oynadığını bildirib:
"Beləliklə, bizim həm də Azərbaycan kimi mühüm bir sülh sazişi imzalamış ölkədən öyrənəcəyimiz dərslər var. Bütün bunları nəzərə alsaq, forumun belə bir zamanda Bakıda keçirilməsi çox vacibdir".
"Onu da qeyd etməliyəm ki, İran və digər ölkələr arasındakı konfliktin daha da gərginləşməsi nəticəsində yaranacaq təsirlər çox böyükdür. Məsələn, artıq Vyetnamda insanlardan enerjiyə qənaət etmək üçün lift əvəzinə pilləkənlərdən istifadə etmələri tələb olunur. Avropada isə sənayeləşmiş bir qitə olaraq enerji axınlarının davam etməsi həyati əhəmiyyət daşıyır. Əks təqdirdə həll yolları tapılmayana qədər həm qaçılmaz, həm də gözlənilməz nəticələr böyük fəsadlara yol aça bilər", - deyə sabiq vitse-prezident əlavə edib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Mart 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















