Avropaya çağırış etdi: Putinə yalvarmayın
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Avropa Ukraynaya dəstək üçün vahid və güclü mövqe nümayiş etdirməlidir. Avropalılardan Vladimir Putinə yeganə siqnal təzyiqin gücləndirilməsi olmalıdır”.
Bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Putin və Rusiyaya yalvarmaq, danışıqlar üçün xahiş etmək olmaz. Bu, düzgün yanaşma deyil. Putinin təcriddən çıxarılması barədə də danışmaq olmaz. Bu da mümkün deyil”, - o bildirib.
Sibiqanın sözlərinə görə, Avropa vahid mövqedən çıxış etməlidir, çünki müharibənin təşəbbüskarı Vladimir Putinin məqsədi Avropanı parçalamaqdır:
“Onun niyyəti budur. Danışıqlar pərakəndə olsa, bu, heç bir yaxşı nəticəyə gətirməyəcək. Əgər sülh yolu nəzərdə tutulursa, Avropanın vahid və güclü mövqeyi olmalıdır.
Əgər Putinə hansısa siqnal göndərilməlidirsə, bu siqnallar təzyiqin növbəti addımları barədə olmalıdır. O, təcavüzün davamının nəticələrini anlamalıdır. Putin rejimi üçün rus aqressiyasının davam etməsinin bədəlini artırmaq lazımdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Fevral 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















