Icma.az
close
up
RU
Avropaya sülh masasında oturmaq vədi veriblər

Avropaya sülh masasında oturmaq vədi veriblər

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ avropalı tərəfdaşlarına bildirib ki, əsas prioritet hərbi əməliyyatların dayandırılmasına nail olmaq və bundan sonra Ukrayna üçün mümkün təhlükəsizlik tədbirlərini müzakirə etməkdir.
Reyting.az
xəbər verir ki, “Bloomberg” bunu məlumatlı mənbələrə istinadla yazıb.
Mesaj narahat olan müttəfiq ölkələrə - Avropa liderlərinədir. Birləşmiş Ştatlar bununla əmin edir ki, Ukrayna və ya Avropanın təhlükəsizliyini zəiflədə biləcək sövdələşməyə vasitəçilik etməyəcək.
Xatırladaq ki, prezident Donald Tramp Avropanı Ukrayna və Rusiya ilə danışıqlardan kənarlaşdırıb. Bununla bağlı narahatlıqlar çərşənbə axşamı Trampın Rusiya prezidenti Putinlə telefonla danışığı zamanı daha da artıb. Putin öz bəyanatında Trampın Ukraynada 30 günlük atəşkəs təklifini rədd edərək, yalnız ölkənin enerji infrastrukturuna hücumları məhdudlaşdırmağa razılıq verib. Eyni zamanda ABŞ və digər ölkələrdən silah və kəşfiyyat məlumatlarının verilməsini dayandırmağı tələb edib.
Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra Kiyevin müttəfiqləri Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. ABŞ rəsmiləri müttəfiqlərinə dəfələrlə bildiriblər ki, razılıq əldə olunana qədər sanksiyalar qüvvədə qalacaq və onlar Kremlə, xüsusən də enerji sektorunda təzyiqi artırmaq üçün addımlar atmağa hazırdırlar.
ABŞ Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin sözçüləri şərh tələblərinə cavab verməyiblər. Dövlət katibi Marko Rubio ötən həftə jurnalistlərə açıqlamasında bu məsələyə eyham vurub: “Avropa İttifaqı Rusiya Federasiyasına və Rusiya daxilindəki ayrı-ayrı şəxslərə qarşı əhəmiyyətli sanksiyalar tətbiq edib. Beləliklə, onlarla məsləhətləşmələr aparılmalı, prosesə cəlb edilməli və sair. Ona görə də gəlin, əvvəlcədən müəyyən etməyək və ya əvvəlcədən başlamayaq".
Ötən həftə Trampla görüşdən sonra NATO-nun baş katibi Mark Rutte “Bloomberg”ə deyib ki, Ukraynada döyüşlər bitdikdən sonra Rusiya ilə münasibətlər normallaşdırılmalıdır.
Bununla belə, Litvanın xarici işlər naziri Kestutis Budris dünən bildirib ki, Rusiya ilə münasibətləri indi bərpa etməyi “hətta düşünmək də zərərli olacaq”. Onun sözlərinə görə, Rusiya buna qədər güzəştlərin uzun bir siyahısını tərtib etməlidir, o cümlədən müharibəni bitirmək, işğal olunmuş Ukrayna ərazilərini qaytarmaq və Ukraynaya təzminat ödəmək lazımdır.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri