Icma.az
close
up
RU
Avropaya vizasız və ucuz qiymətə gedə bilərik Şad xəbər KONKRET

Avropaya vizasız və ucuz qiymətə gedə bilərik Şad xəbər KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Qafqazda uzun illər davam edən gərginlik və münaqişələrdən sonra Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişi, region üçün yeni imkanlar açır; bu, iqtisadi, siyasi və sosial inteqrasiyaya doğru atılan mühüm addım kimi qiymətləndirilir. Vaxtaşırı səsləndirilən “mini Şengen” ideyası, yəni Cənubi Qafqaz ölkələrində sərhədsiz hərəkət və əməkdaşlıq modelinin Avropa ölkələri kimi formalaşdırılması indi daha real görünür.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Vaşinqtonda əldə olunan razılaşma region üçün çox önəmli perspektivlər formalaşdırır:

“Hazırda geniş inteqrasiya imkanları yaranır. Bu, həm ticarət-iqtisadi əməkdaşlıq, həm də sərbəst gediş-gəliş üçün əlverişli şərait yarada bilər. Bu fürsətlərin maksimum dərəcədə istifadə edilməsi labüddür. Əvvəlcə, Ermənistan tərəfindən götürülən öhdəliklər yerinə yetirilməlidir. Konstitusiyadakı dəyişikliklərdən sonra yekun sülh müqaviləsinin əldə edilməsi, diplomatik əlaqələrin, səfirliklərin və konsulluqların təşkili vacibdir. Sürətli iqtisadi inkişaf üçün Avropa ilə inteqrasiya mühümdür.

Məsələn, Gürcüstan üçün vizasız rejim tətbiq olundu, ucuz biletlərlə səyahətlər mümkün oldu. Ermənistanda da bəzi imtiyazlar təmin edildi. Eyni qayda Azərbaycana da tətbiq edilə bilər. Hazırkı şərait bu cür addımları labüd edir. Kollektiv Qərbin təhlükəsizlik zəmanəti verməsi də mühüm elementdir. Dövlətlərin siyasi iradəsi sazişin imzalanmasında açar rol oynayıb, ancaq Rusiyanın və İranın regiona təsirinin yaxın vaxtlarda azalacağını gözləmək doğru deyil. Bu baxımdan, strateji addımların davamlı atılması vacibdir”.

Politoloq Elçin Abdullayev bildirib ki, Cənubi Qafqazın “mini Şengen” kimi inteqrasiyası ideyası nəzəri baxımdan cazibədar görünür:

“Praktiki baxımdan isə bu, uzaq perspektivdə mümkün ola bilər. Azərbaycan, Ermənistan və Gürcüstan arasında tam siyasi sabitlik və qarşılıqlı etimad formalaşarsa, sözügedən prosesin həyata keçməsi mümkündür. Bu halda vizasız gediş-gəliş, bölgələrarası ticarətin artması və logistikanın xeyli ucuzlaşması kimi nəticələr əldə oluna bilər.

Lakin mövcud durumda bu istiqamətdə ciddi əngəllər mövcuddur. Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadsızlıq hələ də qalmaqdadır və onun aradan qaldırılması üçün uzun illər tələb olunur. Ermənistan cəmiyyətinin böyük hissəsi regionun inteqrasiyasına şübhə ilə yanaşır.

“Mini Şengen” planı yalnız Cənubi Qafqazda tam sülh, sabitlik və qarşılıqlı etimad bərqərar olduqdan sonra mümkün olacaq. Sülh sazişinin imzalanması ilə prosesin dərhal reallaşmasını gözləmək düzgün olmaz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri