Avrostat: Azərbaycan Avropa İttifaqına LNG tədarükü üzrə liderlər sırasındadır
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) ölkələri ilk dəfə olaraq Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Aİ-nin statistika idarəsinə (Avrostat) istinadən məlumat verib.
Rusiyanın ümumi LNG ixracında payı 23.6% təşkil edib ki, bu da ölkəni bu göstərici üzrə ikinci yerə yüksəldib.
ABŞ 2.25 milyard avro dəyərində xammal sataraq 27.8% payla Avropa İttifaqına LNG tədarükündə birinci yeri tutub.
Üçüncü yerdə 16.5% pay və Avropaya 1.33 milyard avroluq tədarük həcmi ilə Əlcəzair yerləşib. Dördüncü yerdə 12.6% və ya 1.02 milyard avroluq payla Norveçdir.
Azərbaycan 4.5%-lik pay və 365 milyon avro ixrac həcmi ilə ilk beşliyi tamamlayır.
Baxış sayı:101
Bu xəbər 19 Mart 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















